Modern.az

"Azərsu"da "prezident" vəzifəsi ləğv edildi

"Azərsu"da "prezident" vəzifəsi ləğv edildi

Ölkə

7 May 2011, 15:33


Baş nazir qurumun yenu strukturunu da təsdiqlədi

Nazirlər Kabineti "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" qərarında dəyişikliklər edib. Modern.az saytının məlumatına görə, Baş nazir Artur Rasizadənin imzaladığı yeni qərarda "Azərsu" ASC-yə rəhbərlik edən şəxslərin daşıdığı vəzifələrin adları da dəyişdirilib.
Belə ki, indiyədək qurumun rəhbərliyinə daxil olan "prezident" və "vitse-prezidentlər" vəzifələrinin adları müvafiq olaraq “sədr” və "sədr müavinləri" sözləri ilə əvəz edilib.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin yeni strukturu da təsdiqlənib. Cəmiyyətin strukturuna aşağıdakı qurumlar daxil edilib:
 
 1. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin aparatı
 2. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs olmayan təşkilatlar:
 2.1. "Bakı Sukanal" İdarəsi 
 2.2. "Sumqayıt Sukanal" İdarəsi 
 2.3. "Abşeron Sukanal" İdarəsi
 2.4. "Oğuz-Qəbələ-Bakı Su Kəməri" İdarəsi 
 2.5. "Kür Su Kəmərləri" İdarəsi 
 2.6. "Ceyranbatan Su Kəmərləri" İdarəsi 
 2.7. "Xaçmaz Su Kəmərləri" İdarəsi 
 2.8. "H.Z.Tağıyev adına Su Kəmərləri" İdarəsi 
 2.9. "Sanqaçal Su Kəmərləri" İdarəsi 
 2.10. Nəqliyyat və Xüsusi Texnika İdarəsi 
 3. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxslər (müəssisələr):
 3.1. "Sutikinti" Müəssisəsi
 3.2. İstehsalat-Texniki Komplektləşdirmə İdarəsi
 3.3. "Birləşmiş Sukanal" Məhdud Məsuliyyətli Cəmiyyət 
 3.4. "Gəncə Sukanal" Törəmə Səhmdar Cəmiyyəti 
 3.5. "Şəki Sukanal" Törəmə Səhmdar Cəmiyyəti 
 3.6. "Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyəti 
 3.7. "Ağdaş Sukanal" Törəmə Səhmdar Cəmiyyəti 
 3.8. "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutu


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər