Modern.az

İsa Qəmbərin oğlu: “Səhhətimdə problemlər qalmaqdadır”

İsa Qəmbərin oğlu: “Səhhətimdə problemlər qalmaqdadır”

11 May 2011, 13:27

Müsavat başqanı İsa Qəmbərin hərbi xidmətdən tərxis olunmuş oğlu İlkin Qəmbər hazırda səhhəti ilə bağlı müalicəsini davam edirir. Modern.az saytına açıqlamasında İ.Qəmbər qeyd edib ki, səhhətindəki problemlər qalır.
“Səhhətimdə problemlər qalmaqdadır. Hazırda müalicə davam edir”-deyə o, bildirib. İ. Qəmbər məsələ ilə bağlı əlavə şərh vermək istəməyib. O, qeyd edib ki, müalicəsi Bakıda aparılır.   

Qeyd edək ki, Müsavat Partiyasının başqanı İsa Qəmbərin 5 ay öncə əsgərliyə çağırılan və Azərbaycanda mitinqlərin başlanmasından sonra ön xəttə aparılan oğlu İlkin Qəmbər ötən ay ordudan tərxis edilib. Buna səbəb ağır vəziyyətdə gətirildiyi hərbi hospitalda bir neçə həftəlik müalicəyə baxmayaraq sağlamlığının bundan sonra ordu sıralarında xidmətə imkan verməməsidir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev də İlkin Qəmbərin xəstəliyi ilə əlaqədar Milli Ordunun sıralarından tərxis olunduğunu təsdiq edib.

İlkin İsa oğlu Qəmbər 1987-ci ildə Bakıda anadan olub. Ali təhsillidir. Bu ilin yanvar ayında Nəsimi Rayon Komissarlığı tərəfindən ordu sıralarına çağırılmışdı.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər