Modern.az

Əli Nağıyev yeni vəzifəyə təyin olundu

Əli Nağıyev yeni vəzifəyə təyin olundu

13 May 2011, 10:21

Milli təhlükəsizlik nazirinin keçmiş müavini Əli Nağıyev yeni vəzifəyə təyin edilib.
Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-ya verdiyi məlumata görə, baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Ə. Nağıyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Ə. Nağıyev Azərbaycan prezidenti İlham Əliyevin 11 aprel 2011-ci il tarixli sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad edilib.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu