Modern.az

Tiflisdən Qafqaz Müsəlmanları İdarəsinə zərbə

Tiflisdən Qafqaz Müsəlmanları İdarəsinə zərbə

Ölkə

13 May 2011, 11:28

Saakaşvili Gürcüstan Müsəlmanları İdarəsi yaradıb

Rəsmi Tiflis Gürcüstan Müsəlmanları İdarəsi yaradıb. Modern.az “Qruziya Online” istinadən vildirir ki, İdarəyə Camal Baqşadze mufti təyin olunub. İdarənin yaradılmasında məqsəd Gürcüstanda yaşayan İslam icmaları və məscidləri üzərində nəzarəti təmin etməkdir. İdarəni yaratmaqla rəsmi Tiflis Bakıda yerləşən Qafqaz Müsəlmanları İdarəsinin bu ölkədə yaşayan müsəlmanlar üzərində təsir və rəhbərliyinə son qoyub.

QMİ-nin Gürcüstan üzrə nümayəndəsi bildirib ki, bu İdarənin yaradılmasına mənfi yanaşırlar.  “İdarə rəhbərliyi həmişə Bakıda olub və azərbaycanlılardan təşkil edilib. Yeni yaradılmış İdarədə isə rəhbərlikdə bir azərbaycanlı yoxdur. Olanlar yalnız ikinci dərəcəli vəzifələri tuturlar. Hər kəsin şeyx və müfti seçməsi düzgün deyil”-deyə Əli Əliyev vurğulayıb.

Gürcüstanda 2002-ci ildə aparılan siyahıyaalmaya görə, bu ölkədə 284 min şiə azərbaycanlı yaşayır. Sünni müsəlmanların yaşadığı Acariyada isə onların sayı 376 mindir.

Gürcüstanın bu addımı Qafqaz Müsəlmanları idarəsinin imicinə ciddi zərbədir və uzağa gedən nəticələrdən xəbər verir.

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər