Modern.az

İlhamə Qasımova keçmiş rəqibləri Eldarla Nigarın çıxışına münasibət bildirib

İlhamə Qasımova keçmiş rəqibləri Eldarla Nigarın çıxışına münasibət bildirib

Ölkə

15 May 2011, 23:10


“Eurovision 2011” yarışmasının qalibləri Eldar Qasımov və Nigar Camalın qələbəsinə onların Bakıda keçirilən milli seçim turlarında rəqibi olmuş müğənni İlhamə Qasımova münasibət bildirib. Modern.az saytının məlumatına görə, İlhamə Qasımova özünün “Facebook” sosial şəbəkəsindəki profilində Almaniyanın Düsseldorf şəhərində kecirilən müsabiqə barədə şərhlər yazıb.

İ.Qasımovanın sözlərinə görə, o, “Eurovision 2011” müsabiqəsi keçirilən vaxtda Almaniyanın Berlin şəhərində olub.

“Mən bura işləməyə gəlmişəm” deyə vaxtının az olduğunu qeyd edən İ.Qasımova keçmiş rəqiblərinin uğuruna sevindiyini gizlətməyib: “5 gün öncə maqazində kassir qız məndən soruşdu ki, haralıyam, dedim azərbaycanlı. Dedi “ooo siz bu il qalib gələcəksiniz elə? Düzü bilmədim nə cavab verim. Dedim ki, əlbəttə, amma özüm o gün başa düşdüm ki, biz udacağıq... Mahnını çoox sevirlər burda”.

Başqa bir şərhində İlhamə Qasımova “...biz qalib gəldik... Çünki bizim mahnımız bu il yaxşı mahnı idi... Belə mahnıları Avropada xoşlayırlar...” deyə yazıb.

“Eurovision 2011”in finalından həmən sonra Almaniya şəhərlərində qələbəliyin yaşandığını vurğulayan İ.Qasımova “ay daaa, siz görərdiz ki, burda nələr başh verir.. Mən Berlindəyəm.. Bütün türklər, azərbaycanlılar maşınlarla küçələrdə siqnal verə-verə qışqırılar... Dəhşət sevinir hamısı... qışqırırlar – “Azərbaycannnn...””.

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər