Ermənistanın “Eurovision”dakı nümayəndəsi: “Bakıya gəlib-gəlməməyimiz bu günlərdə bəlli olacaq”
“Eurovision”da olan erməni nümayəndə heyəti gələn il Bakıda keçiriləcək bu möhtəşəm müsiqi yarışmasına qatııb-qatılmayacaqları barədə qərarını elan edəcəklər. Modern.az “Panarmenin”-a istinadən bildirir ki, bu barədə erməni nümayəndə heyətinin rəhbəri Qoar Qasparyan bəyan edib.
Onun sözlərinə görə, bu günlərdə Ermənistan nümayəndə heyəti özünün müsabiqənin yekunlarını müzakirə edəcək və mövqeyini açıqlayacaq. Bu müzakirələr zamanı Ermənistanın gələn il Bakıda keçiriləcək mahnı müsabiqəsinə iştirak edib-etməyəcəyi bəlli olacaq.
Qeyd edək ki, “Eurovision 2011”də iştiraçısı olan erməni Emmi qızı “Boom-Boom” mahnısı ilə finala çıxa bilməyib.