Modern.az

Şagirdləri bilik yarışmalarında ən yaxşı və ən pis nəticə göstərən rayonların SİYAHIsı açıqlandı

Şagirdləri bilik yarışmalarında ən yaxşı və ən pis nəticə göstərən rayonların SİYAHIsı açıqlandı

21 May 2011, 12:11


2010-2011-ci dərs ilində keçirilmiş  fənn olimpiadalarında bəzi orta məktəblərin göstərdiyi nəticələr Təhsil Nazirliyini hiddətləndirib.
2010-2011-ci dərs ilində məktəblilərin fənn olimpiadalarını yüksək səviyyədə keçirmək, bu işi daha da təkmilləşdirmək, istedadlı şagirdləri üzrə çıxarmaq, onların yaradıcılıq potensiallarını inkişaf etdirmək sahəsində məqsədyönlü işlər görülmüşdür.

Görkəmli alim-pedaqoqlardan ibarət respublika münsiflər heyətləri  yaradılmış,  xərclər smetası tutulmuş, fənlər üzrə olimpiada materialları hazırlanmış, hər üç turda qaliblərin müəyyənləşdirilməsində obyektivlik təmin edilmişdir.

Modern.az-ın məlumatına görə, başa çatan tədris ilində məktəblilərin fənn olimpiadaları mövcud qaydalara uyğun olaraq, 3 mərhələdə təşkil olunub. Olimpiadaların 1-ci rayon (şəhər) mərhələsi 2010-cu ilin dekabrında, 2-ci rayon (şəhər) mərhələsi 2011-ci ilin yanvarında, respublika mərhələsi isə 2011-ci ilin mart ayında keçirilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, respublika üzrə 347052 nəfər IX-XI sinif şagirdindən 29322 nəfəri (8,4 %) 1-ci  turda, 11123 nəfəri (3,2%) 2-ci turda, 1132 nəfəri (0,3%) respublika turunda iştirak edib.

Fənlər üzrə respublika turunda iştirak edənlərin və qaliblərin (mükafatçıların) sayı  aşağıdakı kimi olub:

 

Fənlər

İştirakçıların sayı

Qaliblərin sayı

Cəmi

I

II

III

1.

Azərbaycan dili və ədəbiyyat

233

91 (39%)

4

9

12

2.

Azərbaycan tarixi

214

53 (24,8%)

3

8

11

3.

Riyaziyyat

168

58 (34,5%)

4

7

12

4.

Fizika

121

31 (25,6%)

4

2

8

5.

Kimya

142

56 (39,4%)

7

8

11

6.

Biologiya

216

85 (39,4%)

4

3

6

7.

İnformatika

38

17 (44,7%)

4

3

5

Cəmi:

1132

391 (34,5%)

30

40

65


Nazirlikdən bildirlib ki, olimpiadanın yekun turunda Naxçıvan Muxtar Respublikasının, Bakı, Gəncə, Sumqayıt şəhərlərinin, İsmayıllı, Şəmkir, Tovuz, Qusar, Balakən, Zaqatala, Kürdəmir, Neftçala, Cəlilabad, Qazax, Yardımlı, Quba, Şəki, Hacıqabul, Xaçmaz, Siyəzən, Ağdaş, İmişli rayonlarının şagirdləri daha fəal iştirak ediblər.

Əvvəlki illərdə olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən Azərbaycan Türk Özəl liseylərinin şagirdləri  daha yaxşı nəticə göstəriblər. 7 fənn üzrə I yer tutmuş 30 nəfərdən 11-i (37%) bu liseylərin şagirdləridir.

Nazirlik nəzdindəki Heydər Əliyev adına liseyin, akademik Zərifə Əliyeva adına tam orta məktəbin, Bakı Avropa Liseyinin,  Fizika-riyaziyyat və informatika təmayüllü liseyin, 6 nömrəli məktəb-liseyin, S.C.Pişəvəri adına humanitar fənlər təmayüllü gimnaziyanın, "Zəngi" liseyinin,  "Elitar" gimnaziyanın, "Tərəqqi" liseyinin, 132-134 nömrəli təhsil kompleksinin, Kimya-biologiya təmayüllü liseyin şagirdləri də yekun turunda yaxşı nəticələr göstəriblər.
 
Naxçıvan MR üzrə Naxçıvan şəhəri 705 nömrəli hərbi hissə tam orta məktəbinin, Naxçıvan şəhəri Heydər Əliyev adına,  2, 8 və 12 nömrəli, Şərur rayonu şəhər 1 nömrəli,  Muğanlı  kənd,  Babək rayonu Məmmədrza Dizə və Didivar kənd, Şahbuz rayonu Kükü kənd, Kəngərli rayonu Qarabağlar kənd 2 nömrəli tam orta məktəblərinin şagirdlərinin olimpiada nəticələri də qənaətbəxş olub.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri daha yaxşı nəticə göstəriblər. Belə ki, 9 iştirakçıdan 8-i (1 nəfər I, 2 nəfər II, 1 nəfər III, 4 nəfər IV yer)  mükafata layiq yer tutub.

“Fənn olimpiadalarının yekun turunda BDU-nun "Gənc istedadlar" liseyinin,  Bakı şəhəri 26, 27, 35,  47, 83, 102, 110,  114, 142, 152, 157, 171, 237, 238, 240, 283 nömrəli tam orta məktəblərin, Bağça-məktəb-lisey kompleksinin, 287 nömrəli "Zəkalar" liseyinin, Gəncə şəhəri  Xarici dillər təmayüllü gimnaziyanın,  21 nömrəli tam orta məktəbin, Sumqayıt şəhəri 12 və 34 nömrəli tam orta məktəblərin, Texniki və təbiət elmləri təmayüllü liseyin, Təbiət elmləri təmayüllü gimnaziyanın, "İstedad" liseyinin, Zaqatala rayonu akademik Zərifə Əliyeva adına liseyin, Humanitar fənlər təmayüllü gimnaziyanın, Bəhmənli kənd tam orta məktəbinin, Neftçala rayonu Bankə qəsəbə 2 nömrəli, Qədimkənd və Qırmızıkənd kənd, İsmayıllı rayonu şəhər 1 nömrəli,  Qoşakənd kənd, Kürdəmir rayonu şəhər 1 və 3 nömrəli, Qazax rayonu şəhər 3 nömrəli, Tovuz rayonu Azaplı kənd, Qusar rayonu şəhər 3 nömrəli, Sabirabad rayonu şəhər 5 nömrəli, Şabran rayonu Çölquşçu kənd, Yardımlı rayonu Bozayran kənd, Ağcabədi rayonu şəhər 3 nömrəli, Cəlilabad rayonu şəhər 3 nömrəli, Qobustan rayonu Sündü kənd,  Hacıqabul rayonu Qarasu kənd, Tərtər rayonu şəhər 3 nömrəli, Şəmkir rayonu Tatarlı kənd tam orta məktəblərinin, Xaçmaz rayonu akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin, Balakən rayonu Humanitar və texniki təmayüllü liseyin  şagirdləri də xüsusi fəallığı ilə seçilib, mükafata layiq yerlər tutublar”-deyə Təhsil Nazirliyinin məlumatında bildirilib.

I-III yerlərin qalibləri xüsusi diplom və hədiyyələrlə, həvəsləndirici IV yeri tutanlar isə nazirliyin tərifnaməsi ilə mükafatlandırılıblar.

Nazirlikdən Modern.az verilən məlumata görə, fənn olimpiadalarının təşkili və keçirilməsi sahəsində Astara, Ağsu, Saatlı, Samux, Ağstafa, Qubadlı, Xocavənd, Ağdam,  Xocalı, Laçın, Daşkəsən, Xızı, Zəngilan, Füzuli rayonlarının, Naftalan şəhərinin şagirdləri zəif nəticələr göstəriblər.
”Həmin şəhər və rayonların təhsil şöbələrinin və ümumtəhsil məktəblərinin rəhbərləri istedadlı uşaqların üzə çıxarılaraq onların fənn olimpiadalarına cəlbi sahəsində lazımi məqsədyönlü tədbirlər həyata keçirməyiblər”.

Nazirlik onu da bildirib ki, rayon (şəhər) mərhələlərində seçimin qeyri-obyektiv aparılmasının nəticəsidir ki, Azərbaycan dili və ədəbiyyat fənnindən Şamaxı, Tərtər rayonlarının, riyaziyyat fənnindən Laçın, Zəngilan, Ağdaş, Samux, Yevlax, Ağcabədi, Biləsuvar, Göyçay, Şamaxı, Yardımlı, Goranboy, Şəki, Oğuz, Lənkəran, Xızı, Kəlbəcər rayonlarının, fizika fənnindən Mingəçevir və Şirvan şəhərlərinin, Füzuli, Ağcabədi, Ağsu, Göygöl, Tərtər, Şamaxı, Ağdam, Ağdaş, Samux, Lerik, Şərur, Babək, Culfa rayonlarının, kimya fənnindən Lerik, Zəngilan, Gədəbəy, Samux, Biləsuvar, Masallı, Şəki rayonlarının şagirdləri respublika mərhələsində zəif (1-10 bal) nəticə göstəriblər.

”İstedadlı uşaqlarla işin təşkilinə laqeyd münasibət bəsləndiyindən Ağstafa, Beyləqan, Qobustan, Daşkəsən, Zəngilan, Kəlbəcər, Goranboy, Laçın, Füzuli, Xocavənd, Şabran, Siyəzən rayonlarından fizika, riyaziyyat və kimyadan, Neftçala və Şabran rayonlarından isə riyaziyyatdan son illərdə  olimpiadaların yekun turunda iştirakçı şagird olmayıb”-deyə nazirlikdən verilən məlumatda qeyd olunur.

Modern.az saytının məlumatına görə, təhsil naziri Misir Mərdanov fən olimpiadalarının nəticələrinə dair əmr imzalayıb. Nazirin əmrinə əsasən, fənn olimpiadalarının təşkili və keçirilməsində Naxçıvan MR Təhsil Nazirliyinin, BDU-nun "Gənc istedadlar" liseyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, Sumqayıt şəhər, İsmayıllı, Şəmkir, Tovuz, Qusar, Balakən, Zaqatala, Kürdəmir, Neftçala, Cəlilabad, Qazax, Yardımlı, Quba, Şəki, Hacıqabul, Xaçmaz, Siyəzən, Ağdaş, İmişli rayon təhsil şöbələrinin, respublikada fəaliyyət göstərən "Çağ" Öyrətim İşlətmələri Şirkətləri Azərbaycan Türk Özəl liseylərinin və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müsbət işləri qeyd edilib.

Şamaxı, Lənkəran,   Ağstafa, Goranboy, Samux, Daşkəsən, Ağdam, Füzuli, Laçın,  Qubadlı,  Xocavənd,  Zəngilan rayon, Naftalan şəhər təhsil şöbələrinin fənn olimpiadalarına hazırlıq sahəsində lazımi əməli tədbirlər həyata keçirmədikləri həmin rayon (şəhər) təhsil şöbə müdirlərinin nəzərlərinə çatdırılıb.

Nazirin əmrilə şagirdlərin fənn olimpiadalarına hazırlığında səmərəli fəaliyyət göstərmiş və 2011-ci ildə keçirilən olimpiadalarda şagirdləri I dərəcəli diploma layiq görülmüş müəllimlərin hər birinin 150 manat, olimpiadaların keçirilməsi, materialların hazırlanması, işlərin yoxlanılması və yerlərin müəyyənləşdirilməsində xüsusi əmək sərf edən respublika münsiflər heyəti sədrlərinin hər birinin 140, məsul katiblərin hər birinin 100, üzvlərin hər birinin 70 manat pul mükafatı ilə mükafatlandırılması qərara alınıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər