Modern.az

Türkiyəli jurnalist Türkiyədəki seçki öncəsi vəziyyəti Modern.az-a yazdı

Türkiyəli jurnalist Türkiyədəki seçki öncəsi vəziyyəti Modern.az-a yazdı

21 May 2011, 21:31


Türkiyə 12 iyunda gələcəyinə səs verəcək


Türkiyə Cümhuriyyəti 12 iyunda ən önəmli seçkilərindən birini, bəlkə də ən önəmlisini keçirməyə hazırlaşır. Bu parlament seçkisiylə formalaşacaq Böyük Millət Məclisi Türkiyənin yeni Konstitusiyasını da müəyyənləşdirəcək.

İqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbəri və hazırki Baş nazir Rəcəb Tayyib Ərdoğanın başqanlıq sisteminə keçmə arzusu bilinir.

BDP-nin PKK ilə birlikdə Türkiyənin Şərq vilayətlərində bir muxtar respublika yaratmaq tələbi bu seçkiöncəsi geniş xalq kütlələri tərəfindən də səsləndirilməyə başlandı.

Ərdoğanın BDP-yə qarşı sərt çıxışlarına rəğmən, PKK lideri ilə edilən bazarlıqlarda Başqanlıq sistemiylə birlikdə muxtar quruluş vədinin verildiyi barədə siyasi kuluarlarda çox danışılır.

Ərdoğanın və BDP-nin etmək istədiyi Konstitusiya dəyişikliklərinin gerçəkləşməsi üçün TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİndə 367 millət vəkili lazımdır.

AKP-nin istədiyi bu saya çatması üçün MHP-nin məclis xaricində qalması və BDP ilə son Konstitusiya dəyişikliyində olduğu kimi, ittifaq qurması şərtdir.

Ana müxalifət partiyası CHP isə keçən il yaşanan rəhbərlik dəyişikliyi sonrası tutduğu həyəcanla səs nisbətini artırıb, koalisiya ilə olsa da, iqtidar olmağı hədəfə alıb.

Ölkənin ərazi bölünməzliyinin zəmanəti olduğunu söyləyən MHP-lilər isə bu seçkidə mümkün Konstitusiya dəyişikliklərinə qarşı güclü bir şəkildə müqavimət göstərə bilmək üçün məclisdə daha çox yer götürməyi qarşıya məqsəd qoyub.

Beləliklə, çox önəmli bir seçki olmasına baxmayaraq, daha əvvəlki seçkilərdə gördüyümüz hərəkətli, coşğulu, həyəcanlı bir seçki ərəfəsi müşahidə edə bilmirik.

İqtidar partiyası AKP seçki strategiyasını MHP-ni Məclis xaricində saxlamaq üzərində qurub.

Baş nazir Ərdoğan seçki meydanlarındakı çıxışlarında əvvəlki seçkilərin əksinə olaraq milliyyətçi ifadələr səsləndirir.

Alparslan Türkeşin kiçik oğulunu millət vəkili namizədi göstərməklə MHP-li seçicilərin səslərinə sahib olduğunu söyləyən Ərdoğan, MHP funksionerlərinin seçkiöncəsi “vurulmasına” xidmət edilən seks kasetlərini də davamlı olaraq gündəmdə saxlamaqla milliyətçi partiyanı sıradan çıxarmağa çalışır.

İqtidaryönlü media da Ərdoğanın seçki meydanlarındakı siyasətini təkrarlayaraq MHP-ni “vurmaqda” davam edir.

MHP-lilər bu kasetlərin iqtidarla əməkdaşlıq edən və son dövrlər dövlət içində xeyli güclənən Fəthullah Gülən camaatı tərəfindən hazırlandığını iddia edirlər.

MHP başqanı Dövlət Bağçalı qalmaqallı kasetlərin ortaya çıxarılmasına və mediada yayılmasına görə Baş nazir Ərdoğan və Fəthullah Gülən camaatını ittiham edir.

Bu sıralar seçkinin ana gündəm maddəsini meydana gətirən görünüşlərin hesabını 13 iyuna buraxan MHP təşkilatları var gücləriylə seçkiyə qatılmağa çalışırlar.

AKP-nin MHP-ni yüzdə 10-luq baraj altında saxlamaq hədəfinə çatması üçün sarıldığı bu kaset olayları hakim partiyanın əlində karta çevrilib. Bu arada önəmli bir seçici kəsimi qurşaqdan aşağı zərbələrdən zərər çəkən MHP-yə yönəlməyə başlayıb.

Bu seçki dövrünə ən hazırlıqlı şəkildə daxil olan partiyalardan biri Cümhuriyyət Xalq Partiyası (CHP) yoxsul ailələrə 600 lirəlik maaş, əsgərlik müddətinin 6 aya endirilməsi, təqaüdçü maaşlarının təşkil edilməsi, torpaq sahiblərinə ucuz mazut verilməsi kimi vədləriylə əhəmiyyətli bir irəliləyiş yaxalayıb.

Türkiyə CHP-nin vədlərini danışarkən AKP lideri və Baş nazir Ərdoğan seçki meydanlarına çıxaraq hər zamanki ustalığıyla gündəmi qısır intiriqalara yönləndirir.

CHP lideri Kamal Kılıçdaroğlu şiə və kürd əsilli olmalarına vurğular edib, bəlli bir kəsimə köhnə vəzifələriylə əlaqədar inandırıcılığı olmayan sui-istifadə iddialarını səslənidirib. 

Kılıçdaroğlu da meydanlarda öz proyektlərini dilə gətirmək əvəzinə Ərdoğana cavab verməklə məşğul olur.

Meydanlara sələfi Dəniz Baykaldan daha böyük izdihamlar yığan Kılıçdaroğlu hər gün 3-4 mitinq keçirərək seçici kütlələrini ələ almağa çalışır.

Baraj problemi səbəbiylə müstəqil namizədlərlə seçkiyə gedən BDP isə seçki yaxınlaşdıqca gərilən əhval-ruhiyədən faydalanaraq seçicisini əldə tutmağa çalışır. 

30-a yaxın millət vəkili yeri əldə edə biləcəyini bəyan edən BDP seçki sonrası üçün muxtariyyət tələbini seçki vədi olaraq səsləndirir.

Seçkiyə 3 həftə qalmış sorğular AKP-nin yüzdə 43 ilə 48 arasında səs toplayacağını göstərir.

CHP üçün deyilən səs nisbəti yüzdə 30-dur.

Bir çox sorğuya görə MHP yüzdə 10-luq baraj sərhədinin bir az üzərindədir.

Sorğulara görə, nəticələrə seçkiyə bu qədər qısa müddət qalmasına baxmayaraq, hələ də tərəfsizliyini qoruyan yüzdə 20-lik seçici kəsimi əhəmiyyətli təsir edə biləcək.

Bizlər isə 12 iyunda seçiləcək Böyük Millət Məclisinin tablosunda Türkiyənin gələcəyinin necə çəkiləcəyini indidən görməyə çalışırıq.

QEYD: Bu yazı vasitəsilə keçən il Azərbaycanda tanış olduğumuz və bizlərə böyük yaxınlıq göstərən, bütün dost insanlar başda olmaq üzrə bütün Azərbaycan xalqına salamlarımı təqdim edirəm.

Xüsusi olaraq Modern.az saytı üçün

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər