Modern.az

Bu il buraxılış siniflərini 101 min 521 şagird bitirəcək

Bu il buraxılış siniflərini 101 min 521 şagird bitirəcək

24 May 2011, 13:24

2010-2011-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 101521 şagird bitirəcək. Bu barədə Modern.az saytına Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bu göstərici ötən il 98800 nəfər təşkil edib.

Qiyabi və axşam ümumi təhsil məktəblərinin XII sinfini başa vuran şagirdlərin sayı  2010-cu ildə 473 nəfər olduğu halda, bu il onların sayının 710 nəfər olacağı gözlənilir.

Bakı şəhərindəki 342 (o cümlədən 330 dövlət və 12 qeyri-dövlət) əyani ümumi təhsil məktəblərinin XI sinfini 25800-ə, IX sinfini isə 35300-ə yaxın şagird bitirəcək.

2010-2011-ci dərs ilində I sinif şagirdlərinin sayı 120420 nəfər olub. Bu göstərici 2009-2010-cu tədris ilində 118947 nəfər təşkil edib. 2011-2012-ci tədris ilində isə ümumi təhsil məktəblərinin I sinfinə 124274  şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində 98113 tələbə oxuyur. Onlardan 90360 nəfəri bakalavriat, 7753 nəfəri isə magistratura səviyyəsi üzrə təhsil alır.

Təhsil Nazirliyinin tabeliyindəki ali məktəblərin son kurslarında 24088 nəfər tələbə təhsil alır ki, onların da 20683 nəfərini bakalavrlar, 3405 nəfərini isə magistrlər təşkil edir.

Özəl ali təhsil müəssisələrində bakalavriat səviyyəsi üzrə 18980, magistratura səviyyəsində isə 773 nəfər olmaqla, cəmi 19753 tələbə təhsil alır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər