Modern.az

Eldar Əzizovla Əli Həsənovun mübarizəsi: bu çəkişmə kimin qələbəsilə sonuclandı…?

Eldar Əzizovla Əli Həsənovun mübarizəsi: bu çəkişmə kimin qələbəsilə sonuclandı…?

24 May 2011, 17:32

Sumqayıtın yeni icra başçısı Eldar Əzizovun fəaliyyətinə İcra Hakimiyyətində “təmizləmə” işi aparmaqla, bəzi yerli məmurlar barəsində üstüörtülü bəyanatlar verməklə başlaması az hay-küy doğurmadı. Bu zaman İcra Hakimiyyətində çoxdan işləyən bəzi məmurlar da yeni başçıya ciddi dirəniş göstərməli oldular. Onlardan biri də Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Ramiz Həsənov idi.  Qeyd edək ki, R.Həsənov Sumqayıtda mövcud olan hər hansı qruplaşmaya daxil deyildi.
Buna baxmayaraq, E.Əzizovun R.Həsənovun adını öz “qara sıyahı”sından çıxarmaq niyyəti olmadı. R.Həsənovun Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qardaşı olmağı belə, yeni icra başçısının qəbul etdiyi qərara təsir göstərmədi.
Şəhərdə başlatdığı “abadlıq-quruculuq” işlərilə ölkə rəhbərliyinin rəğbətini qazanmaq istəyən E.Əzizov hər fürsətlə həm də köhnələri ətrafından uzalaşdırmağa, onları öz kadrları ilə əvəzləməyə çalışırdı və yenə çalışmaqdadır…

Modern.az saytının məlumatına görə, R.Həsənov məsələsinə görə, Eldar Əzizovla Əli Həsənov arasında əməlli-başlı çəkişmə yaşanıb. E.Əzizovun hətta Baş nazirin müavininin xahişinə qulaq asmadığı bildirilir.

Etibarlı mənbənin saytımıza verdiyi məlumata görə, Eldar Əzizov aprelin 26-27-də Ramiz Həsənovun Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini postundan azad edilməsi barədə qərarını élan etməliymiş. Amma yeni icra başçısı buna imkan tapmayıb. Belə ki, elə aprelin 26-da Prezident İlham Əliyev bir sıra rayonlara yeni icra başçısının təyin edilməsi barədə sərəncamlar imzaladı. Prezidentin sərəncamı ilə yeni vəzifə postuna təyinat alanlardan biri də Eldar Əzizovun “vurmağa” hazırlaşdığı Ramiz Həsənov oldu. R.Həsənov Zəngilan rayonu İcra hakimiyyətinin başçısı təyin edildi.

Bu təyinatla Əli Həsənovun Eldar Əzizovla mübarizədən qalib çıxdığı söylənilir. Amma bu iki məmur arasında mübarizə bununla yekunlaşmayıb.

Modern.az-ı bilgiləndirən qaynağın sözlərinə görə, bu günlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun məcburi köçkünlər üçün çoxmərtəbəli binalardan ibarət “Yeni Sumqayıt” adlanacaq bir yaşayış massivinin məhz Sumqayıt şəhərinin ərazisində salınacağını bəyan etməsi təsadüfi deyil. Məlumata görə, bununla da Əli Həsənov Eldar Əzizovu növbəti dəfə “yerində oturdub”.

Saytımızın əldə etdiyi məlumatda bildirlir ki, Eldar Əzizov məcburi köçkünlər üçün belə bir yaşayış massivinin Sumqayıtın ərazisinə salınmaması üçün xeyli çalışsa da, heç nəyə nail ola bilməyib.  

Qeyd edək ki, Sumqayıt şəhərinin ilk yaşayış massivi olan və hazırda «İnşaatçılar» adlanan ərazidəki köhnə tikililərin sökülməsi, orada üçün köçkünlər üçün çoxmərtəbəli binaların inşası nəzərdə tutulur. Ə.Həsənov ölkə rəhbərliyinin razılığını alandan sonra bəyan edib ki, «İnşaatçılar» adlanan ərazidəki «fin» tipli evlər İkinci Dünya müharibəsindən sonra, Sumqayıt şəhərinin tikintisində iştirak edənlər üçün inşa olunub və artıq istismar müddətini başa vurub. «Oradakı evlər, əsasən, bir və ikimərtəbəlidir. Ərazidə infrastruktur mövcuddur. Ora Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə bir yerdə baxmışıq və ölkə rəhbərliyinə məruzə olunub. Dövlət başçısı bu məsələyə razılıq verib, hazırda sənədləşmə işləri aparılır»-deyə Baş nazirin müavini vurğulayıb.
 
Verilən məlumatlara görə, Eldar Əzizovun həmin ərazi ilə bağlı öz planları var imiş. Amma “Dövlətqaçqınkom”un sədri elə onun öz iştirakı ilə icra başçısının planlarını necə deyərlər,  darmadağın edib…

Digər məlumata görə, hadisələrin belə gedişindən sonra Baş nazirin müavininə uduzduğunu anlayan icra başçısı qarşı tərəflə görüşmək təklifi irəli sürüb, hətta adamlarını onun yanına da göndərib. Amma Ə.Həsənovun E.Əzizovun təklifindən imtina etdiyi bildirilir. Baş nazirin müavininin Sumqayıta əvvəlki təsir gücünü saxladığı vurğulanır.
 
A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər