Modern.az

İyunun 8-də imzalanacaq Nabukko sazişində Azərbaycanın adı yoxdur

İyunun 8-də imzalanacaq Nabukko sazişində Azərbaycanın adı yoxdur

2 İyun 2011, 11:42

İyunun 8-də Türkiyənin Kayseri şəhərində Nabucco qaz layihəsinin dəstəklənməsi ilə bağlı 4 ölkə arasında saziş imzalanacaq. Modern.az xəbər verir ki, bu barədə  Nabucco Gas Pipeline International GmbH məlumat yayıb. Məlumatda deyilir ki, saziş Nabucco Gas Pipeline International GmbH ilə Avstriya, Bolqarıstan, Macarıstan, Rumıniya və Türkiyənin müvafiq nazirlikləri imzalayacaq. Nabucco-nun icraçı direktoru Reynhard Mitçek bildirib ki, bu saziş qaz kəmərinin artırılması sahəsində əhəmiyyətli addımdır.

Sazişin əsas elementlərinə bunlar daxildir: Avropa İttifaqının və Türkiyənin qanunvericiliyinə uyğyn qazın tranziti üçün əlverişli normativ bazanın təsdiq edilməsi, Nabucco-nun qanunvericilikdə mümkün diskriminasiyasını nəzərədə tutan dəyişikliklərdən müdafiə, layihənin gələcək inkişafı üçün lazım olacaq qanunverici və inzibati tədbirlərin dəstəklənməsi. Bu sazişdə həmçinin hər bir dövlətin layihiənin dəstəklənməsi üçün üzərinə götürdüyü öhdəliklər qeyd olunub.

Nabukko kəməri  2013-cü ildən çəkilməsi planlaşdırılır. Birinci qaz 2017-ci ildə nəql edilməlidir. Azərbaycan bu kəmərin ərsəyə gəlməsi üçün mühüm ölkələrdən hesab olunur.


Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər