Orta məktəblərin 9-cu və 11-ci sinifləri üzrə buraxılış imtahanları davam edir. Modern.az saytının məlumatına görə, iyunun 16-da respublikanın daha 7 rayonunda mərkəzləşdirilmiş qaydada test imtahanları keçirilib.
16 iyun tarixində Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında 9-cu və 11-ci sinf şagirdləri buraxılış imtahanları veriblər.
Bununla da respublikanın mərkəzləşdirilmiş qaydada test üsulu ilə buraxılış imtahanları keçirilən rayon və şəhərlərin sayı 59-a çatıb. İyunun 2-dən başlayaraq keçirilən imtahanların cavabları hələ də açıqlanmayıb. Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva Modern.az-a deyib ki, cavablar 21-23 iyun tarixlərində elan olunacaq.
Qeyd edək ki, sabah Bakı şəhərində buraxılış imtahanları keçiriləcək.
Orta məktəb məzunlarına attestatların iyunun 25-dən sonra veriləcəyi gözlənilir.
Modern.az