Modern.az

Sabiq deputat: “Bu, mənə qarşı böhtandır...”

Sabiq deputat: “Bu, mənə qarşı böhtandır...”

20 İyun 2011, 15:07

Sabiq millət vəkli Lalə Abbasovanın “İcbari nikah kontraktı-ailənizin sığortalanmasıdır” kitabı barədə Müəllif Hüquqları Agentliyinə şıkayət edilib.
Məlumat üçün bildiriək ki, kitab QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap edilib. Kitabı Qadın və Tərəqqi İctimai Birliyinin sədri Lalə Abbasova yazıb.

Müəllif Hüquqları Agentliyinin şöbə müdiri Xudayat Həsənli isə deyib ki, Lalə Abbasova ictimai birliyin bütün hüquqlarını, qanunun bütün normalarını pozub.
“Hazırda bununla bağlı iş aparılır, yekunlaşmaq üzrədir, nəticələr bir həftəyə açıqlanacaq. Sadəcə Lalə Abbasovaya sorğu göndərmişik, amma o müxtəlif səbəblər qeyd edərək sorğudan yayınır. Müəyyən məsələlər var, onlar araşdırılacaq və nəticələr açıqlanacaq”.
Müəlluf Hüquqları Agentliyinə edilən şikayətin müəllifi isə mübahisəli kitabın da daxil ilduğu layihənin koordinatoru Leyli Quliyevadır. O, Lalə Abbasova ilə bir yerdə çalışıb.

Modern.az saytına açıqlamasında sabiq deputat bu məsələnin qurama olduğunu dilə gətirib: “Kitabda Şuranın və təşkilatımızın loqosu var. Burada kitabın Şura tərəfindən maliyələşdirildiyi də göstərilib. Kitabın əqli mülkiyyət kimi mənə məxsus olduğu göstərilib. Məncə burada heç bir qəbahət yoxdur.  Layihə ictimai birliyə məxsusdur. Kitabın isə müəllifi mənəm. Bununla belə düşünürəm ki, gələcəkdə kitab təzədən çap olunsa, bu məsəsləyə yenidən baxıla bilər. Onda yaza bilərəm ki, kitab Qadın və Tərəqqi İctimai Birliyinin əqli mülkiyyətidir.

Bir daha qeyd edirəm ki, bu kitabın müəllifi mənəm”.

Sabiq deputat bildirib ki, kimlərsə ona qarşı “qara piar”a başlayıb: “Bilirsiniz, Leyli Quliyevanın anası yəhudidir, mən də deputatlıq dövrümdə dinc insanları qətlə yetirdiyinə görə İsrailə qarşı çıxmışam. Görünür, Leyli Quliyeva bunu unutmayıb və mənə qarşı şər kampaniyasına başlayıb. Mən burada başqa bir dəyərləndirmə görmürəm”.

L. Abbasova onu da deyib ki, üç il öncə Müəllif Hüquqları Agentliyi tərəfindən həmin kitaba şəhadatmanə verilib: “Doğrudan qanunsuz idisə, niyə şəhadətnamə verirdilər. O zaman qanunsuz olduğu görünmürdü ki...? Mən agentliyin məktubuna rəsmi cavab vermişəm. Ancaq oradan Xudayat Həsənli evimə zəng açır, məni məhkəmə ilə hədələyir. İndi Bakıda deyiləm, qayıdan kimi bununla bağlı mən də Prezident Adminstrasiyasının şöbə müdiri  Fatma Abdullazadayə müraciət edəcəm”.

Aytən Əliyeva

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər