Modern.az

Yol Polisinin 13 əməkdaşı işdən qovuldu

Yol Polisinin 13 əməkdaşı işdən qovuldu

20 İyun 2011, 18:36

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının iclasında verilmiş tapşırıqlarla əlaqədar cari il yanvarın 29-da Daxili İşlər Nazirliyində Tədbirlər Planı hazırlanaraq müvafiq göstərişlə icraya yönəldilib, habelə 2011-ci il fevralın 7-də keçirilmiş Naziryanı əməliyyat müşavirəsində vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyaya şərait yaradan halların tam aradan qaldırılması, bu sahəyə nəzarətin gücləndirilməsi haqda konkret tapşırıqlar verilib. Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Modern.az-a məlumat verilib ki, bu istiqamətdə bir sıra məqsədyönlü tədbirlər keçirilməsinə, müsbət nəticələrin əldə olunmasına baxmayaraq, təəssüf ki, mövcud nöqsanlar tam aradan qaldırılmayıb və korrupsiya hüquqpozmalarına meylli polis əməkdaşlarına hələ də rast gəlinir.

“Həmin Planın icrası ilə əlaqədar bu günlərdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində yol  hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmiş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 13 əməkdaşı daxili işlər nazirinin əmri ilə xidmətdən xaric olunub, habelə tabelikdəki əməkdaşların fəaliyyətinə nəzarət və tələbkarlığı zəiflətdiklərinə görə 1 taqım komandiri tutduğu vəzifədən azad edilib, həmin Alayın 4 vəzifəli şəxsi barəsində isə ciddi intizam tədbirləri görülüb”.

Modern.az      

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər