Ermənistan-Türkiyə sərhədlərinin bağlı olmasına baxmayaraq, bəzi türk şirkətəri Azərbaycan ərazisinin 20 fazini işğal edən düşmən ölkə ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyatda ciddi münasibətlər qurmaqdadır. Faktlar göstərir ki, bir sıra türk firmalarının malları təkcə Ermənistanda deyil, Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində - Dağlıq Qarabağda da satımaqdadır. Dağlıq Qarabağdakı erməni separatçılarının verdiyi ən son məlumatlara görə, Xankəndi hava limanı üçün lazım olan avadanlıqların əksəriyyəti Türkiyədən, konkret olaraq “Demirci Makina” sənaye və ticari Ltd. şirkətindən alınır.
Modern.az saytının məlumatına görə, Türkiyənin elektrotexnika məhsulları və məişət avadanlıqları sahəsində ixtisaslaşmış məşhur “Beko” şirkəti də Ermənistanla ticarət fəaliyyətini genişləndirən firmalar sırasındadır. Amma təkcə Ermənistanla deyil…
İnternetdə yerləşdirilən videomateriallardan belə görünür ki, “Beko”nun malları Dağlıq Qarabağın mərkəzi Xankəndində də reklam olunur, Xankəndinin küçələrində bu şirkətin reklam şitləri yerləşdirilib.
“Beko” Türkiyə Respublikasının ən nüfuzlu və geniş maliyyə imkanlarına malik Koç ailəsinə (“Koç holdinq” şirkətlər qrupuna) məxsusdur. “Beko” şirkəti 2002-ci ildə Ermənistanda rəsmi nümayəndəliyini açıb və hazırda İrəvanda firmanın xeyli mağazası fəaliyyət göstərir.
Əgər bu şirkətin malları Xankəndində reklam olunursa, heç şübhəsiz orada onun malları da satılır...
“Beko” şirkəti Azərbaycanda geniş satış və xidmət şəbəkəsinə malikdir.