Modern.az

Hacıqabuldakı ağlr yol qəzası barədə rəsmi məlumat açıqlanıb

Hacıqabuldakı ağlr yol qəzası barədə rəsmi məlumat açıqlanıb

Ölkə

30 İyun 2011, 13:56

6 nəfər ölüb, 8 nəfər yaralanıb

Fövqəladə Hallar Nazirliyi Hacıqabul rayonunda ötən gecə iki "VAZ" markalı minik avtomobilinin toqquşması ilə müşayiət olunan ağır yol qəzası barədə məlumat yayıb.
Nazirliyin məlumatına görə, hadisə nəticəsində, hər iki nəqliyyat vasitəsi yanıb, sürücülər və 3 sərnişin yaralanıb, avtomobillərdən birində olan 4 nəfər isə həlak olub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğın yerinin kəşfiyyatı zamanı Aydan Fəzail qızı Babayeva, Xanım Fəzail qızı Babayeva, Nicat Vüsal oğlu İbrahimov və 1955-ci il təvəllüdlü Nərminə Hüseyn qızı İbrahimovanın cəsədləri aşkarlanıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər qeyd olunan şəxslərin cəsədlərini nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

DİN Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, hadisə 29 iyunda saat 23.30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 103-cü km-də Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində baş verib. 1979-cu il təvəllüdlü Hacıqabul rayon sakini Atamoğlanov Ağaxan Balaxan oğlu sərxoş vəziyyətdə idarə etdiyi VAZ-2106 markalı, 43 BA 328 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamadığından qarşısında eyni istiqamətdə hərəkət edən 1983-cü il təvəllüdlü Hacıqabul rayon sakini İbrahimov Vüqar Rayyət oğlunun idarə etdiyi VAZ-2106 markalı, 24 BB 353 dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurub.

Toqquşma nəticəsində VAZ-2106 markalı, 24 BB 353 dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər, Hacıqabul rayon sakinləri 1957-ci il təvəllüdlü İbrahimova Nərminə Şahı qızı, 2005-ci il təvəllüdlü uşaqlar Babayeva Xanım Fəzail qızı və İbrahimov Nicat Vüsal oğlu və 2007-ci il təvəllüdlü Babayeva Aydan Fəzail qızı avtomaşının içərisində yanaraq hadisə yerində ölüblər. 

1995-ci il təvəllüdlü digər sərnişin Qocayev Rasim İlham oğlu və 1976-cı il təvəllüdlü Babayeva Ruhiyyə Rayyət qızı isə hadisə zamanı aldığı termiki yanıq xəsarətlərindən xəstəxanada ölüb, sürücü və 1975-ci il təvəllüdlü Qocayeva Sevinc Rayyət qızı, eləcə də digər avtomobilin sürücüsü və onun sərnişinləri,  Hacıqabul rayon sakinləri, 1991-ci təvəllüdlü İbrahimov Sübhan Hatəm oğlu, 1989-cu il təvəllüdlü Rüstəmov Əli Gülağa oğlu, 1978-ci il təvəllüdlü Xudaverdiyev Eldəniz Hüseyn oğlu, 1989-cu il təvəllüdlü Xudaverdiyev Səyyah Hüüseyn oğlu və 1982-ci il təvəllüdlü Şirinov Məhəmməd Ələkbər oğlu müxtəlif xəsarətlər alaraq Şirvan Şəhər Xəstəxanasına çatdırılıblar.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər