Modern.az

Şəkidə quduzluğa yoluxan şəxsi cəmiyyətdən təcrid etdilər (FOTOLAR)

Şəkidə quduzluğa yoluxan şəxsi cəmiyyətdən təcrid etdilər (FOTOLAR)

Ölkə

30 İyun 2011, 16:31

Şəki rayonunun Baş Küncüt kənd sakini Asiman Səlimov canavar hücumuna məruz qaldığından  quduzluq xəstəliyinə tutulub.
Modern.az-ın əməkdaşı xəbər verir ki, A.Səlimov kənddə  bu hücuma məruz qalan 5 nəfərdən biridir. Bir müddət müalicə almasına baxmayaraq səhəttində yenidən problem yarandığından Asiman Səlimov Şəki rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Üz nahiyəsindən xəsarət alan və hazırda xəstəxanada müalicə olunan kənd sakininə lazımı zərdablar vurulsa da, vəzıyyəti ağır olaraq qalır. Asiman Səlimov cəmiyyətdən də təcrid olunub. Onun digər şəxslərlə təması məhdudlaşdırılıb.




Xaliq Qurbanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər