Prezidentin xüsusi nümayəndəsi separatçı rejimi tərəf kimi danışıqlar formatının dəyişdirlməsini istəyir
Onun sözlərinə görə, Ermənistan növbət danışıqlar prosesi zamanı Dağlıq Qarabağdakı separatçı rejimi bərabərtərəfli üzv kimi bura daxil etmək niyyətindədir. İsaqulyan bildirib ki, Ermənistanın güzəştləri Azərbaycan tərəfindən heç bir konstruktiv mövqe ilə müşayiət olunmayıb. O bəyan edib ki, qondarma “DQR”-in iştirak etmədiyi bütün danışıqlar yalnız məsləhət xarakteri daşıyır.
“Yalnız Qarabağ danışıqlarda tam hüquqlu üzv kimi iştirak etdikdən sonra bu danışıqlar tam dolğun xarakter alacaq”-deyə İsaqulyan bildirib.
Öz növbəsində Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan bildirib ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində ola bilməz.
“Dağlıq Qarabaq de-yure tanınmalı və ya Ermənistana birləşdirilməlidir. Bu isə Qarabağ xalqı tərəfindən keçirilən referndumda müəyyən edilməlidir”-deyə Baqdasaryan bildirib. Təhlükəsizlik Şurasının katibi bildirib ki, dünya ictimaiyyəti erməni tərəfinin mövqeyini başa düşür.
Bu bəyanatlar onu göstərir ki, rəsmi İrəvan münaqişənin həlli ilə bağlı üzərinə götürdüyü öhdəlikləri şantaj edərək sülh prosesini pozmaq istiqamətində yol götürüb.
X. SƏFƏROĞLU