Təhsil naziri Misir Mərdanov bildirib ki, bu il respublika üzrə ümumtəhsil məktəblərinin 11-ci sinfini 90 min 834 nəfər şagird bitirib, onlardan 87 min 578 nəfəri buraxılış imtahanlarında iştirak edib.
Nazir bildirib ki, ümimilikdə isə 3256 nəfər müxtəlif səbəblərdən buraxılış imtahanlarında iştirak etməyib. Onlardan 769 nəfəri nazirlik imtahandan azad edib.
İmtahanda iştirak edən 87 min 578 nəfərdən 50771-i müvəffəq, 36 min 807 nəfər isə qeyri-müvəffəq qiymət alıb.
M.Mərdanovun sözlərinə görə, bu il də buraxılış imtahanlarında iştirak edənlərin hamısı attestat ala bilməyib. Ölkə üzrə 71 min 812 məzuna attestat verilib. Təxminən 17 minə yaxın məzun attestat ala bilməyib.
Bu il orta məktəb məzunlarından 35 nəfər qızıl medala layiq görülüb. Onlardan 13-ü Bakı məktəbliləridir. 16 nəfər isə gümüş medala layiq görülüb ki, onlardan 5-i Bakı məktəblərinin məzunlarıdır.
Mail Ağaxanov