Modern.az

Bu yurdun sahiblərinin də sahibi var!

Bu yurdun sahiblərinin də sahibi var!

Ölkə

4 İyul 2011, 11:34

Azərbaycan qədim türklərin - oğuz türklərinin yurdudur. Bu torpaqlarda - qədim türklərin yurdunda heç zaman milli və dini zəmində ədavət, qarşıdurma olmayıb. Əsrlər boyu bu torpaqlarda türklərə yanaşı yaşayan xalqlara, etnik qruplara necə deyərlər, qaşın üstə gözün var deyən olmayıb və bu gün də bu münasibət davam etməkdədir. Eyni zamanda, kimlərsə də, başqalarının - xüsusilə, xarici məkrli çevrələrin təhriki ilə Azərbaycanda milli və dini zəmində  qarşıdurma yaramağa cəhd göstəribsə, məhz bu yurdun, bu torpaqların əbədi-əzəli sahibi olan oğuz türkləri tərəfindən anında və məqamında cavabını alıb və inşallah, bundan sonra da alacaq. Uzağa getmək lazım deyil, 1993-cü ilin məlum  hadisələrini və onun sonuclarını xatırlamaq kifayətdir. Türklərin ruhunda, qanında heç zaman başqalarına qarşı dözümsüzlük, kin-küdurət, nifrət, ədavət hissi olmayıb və özünə qarşı olan belə halları da heç vaxt qəbul etməyib, etməyəcək də...

Ancaq bu günlərdə kürdlərin “təəssübünü” çəkən bir qrup gəncin dövlət başçımıza, möhtərəm İlham Əliyev cənablarına  “müraciətini” oxuyanda həm təəssüfləndim, həm təəccübləndim, həm də bunlar məndə acı gülüş, ikrah hissi yaratdı. Sadəcə, bu zavallı "müraciət" müəlliflərinə yazığım gəldi. Onlar özləri də bilmirlər ki, hansısa oyunun içindədirlər və hansı məkrli planın vintcikləridirlər. Əgər onlar hamımıza bəlli olan bu oyunda könüllü, bilərəkdən iştirak edirlərsə, yenə də böyük səhvə və yanlışlığa, bağışlanılmayacaq günaha yol verirlər. Ermənilərlə-əslində isə onların arxasında duran böyük güclərlə savaşda  müvəqqəti olaraq uduzmağımız, geri  çəkilməyimiz  heç də başqalarında əlavə iştah, sağa-sola boylanma yaratmasın. Məsəl var, arxalı köpək qurd basar - ermənilər də məhz arxalı köpəklərdir. Allah qoysa, tezliklə onlar da, ermənilərin arxasında duranlar da öz paylarını alacaqlar, türkün nələrə qadir olduğunu bir daha görəcəklər. Ona görə, həmin zavallı kürd “təəssübkeşlərinə” də üzümü tutub demək istəyirəm ki, öz isti aşınıza soyuq su qatmayın, başqalarının əlində salfetka kağızına dönən öcalanlar kimi xalqınızı heç nədən dərin çıxılmazın içinə salmayın...

İddia edirsiniz ki, nə bilim Azərbaycanda kürdlərin mədəniyyət mərkəzləri, öz dillərində qəzetləri, televiziya və radio verilişləri və sair və ilaxır yoxdur. Bəs o zaman, Kamil Həsənovun rəhbərlik etdiyi “Ronahi” Kürd Milli Mədəniyyət Mərkəzi kimindir? Bəs, “Dənqe-kürde” (“Kürdün səsi”) qəzeti kimindir? Bəs , “Diplomat” qəzeti kimlərin təbliğatçısıdır? Bəs, Azərbaycanın dövlət radiosu ilə kürdcə yayımlanan veriliş hansı xalqa və dilə məxsusdur?..

Əfəndilər, yoldaşlar, cənablar,  nə qədər gec deyil, ayılın, özünüzə və “təəssübünü” çəkdiklərinizə pislik etməyin, sizi məkrli oyunun içinə salanların oynunu  pozun. Yoxsa,  gec olar və ya sonrakı peşimançılıq fayda verməz!

Bir də yeri gəlmişkən, bəzi məqamlara aydınlıq gətirmək istəyirəm. Əvvəla, bu günün özündə belə ölkəmizdə irili-xırdalı 100-ə yaxın etnik qrup və ya milli azlıq yaşayır ki, onlar Azərbaycan əhalisinin 5- 10 faizindən çox deyil. İkincisi, həmin milli azlıqların çoxu-ruslar, ermənilər, tatlar, elə kürdlər  Azərbaycana gəlmə xalqlardır. Onlar əsasən 18-19-cu əsrlərdə Azərbaycanın ruslar və farslar tərəfindən param-parça edilməsindən sonra Rusiyadan, İraqdan, İrandan, Suriyadan buraya köçmüş və ya köçürülmüşlərdir. Bunun əksini sübut etmək üçün onlar bir dənə olsun tarixi-mədəni və ya dini abidələrini, yaxud, mütəfəkkirlərini göstərsinlər? Göstərə, tapa bilməzlər və bilməyəcəklər. Üçüncüsü, Azərbaycanın ən səfalı, dilbər guşələrində yaşayanlar məhz milli azlıqlar və etnik qrupların təmsilçiləridir. Dördüncüsü, bu gün ölkənin ali icra və qanunverici hakimiyyət orqanlarında təmsil olunanlar arasında kürdlər də daxil olmaqla digər milli azlıqların təmsilçiləri yetəri saydadır. Bu cür misalları çox çəkmək olar, amma elə bilirəm ki, arifə bir işarə də bəsdir...

Çoxları bu torpaqlarda gəlmə və ya qonaq olduqlarını unutmasınlar, gələnin bir gün geri dönməyi də var. Bunu çoxları qulağına sırğa etsələr yaxşı olar, hələ bu yurdun, torpağın  təəssübünü hamıdan çox çəkən oğullar ölməyib, bizləri-türkləri sahibsiz bilməyin. Bizim bir sahibimiz var ki, o da Böyük Yaradanımızdır.

P.S. Modern.az-da bir sıra  yazılarım və şərhlərimdən sonra mənə qarşı "zəhmətkeş məktubları" təşkil edənlər, xeyir olsun , indi niyə səsiniz çıxmır? Bəs haradadır sizin cəsarətiniz, millət, vətən təəssübkeşliyiniz? Niyə yurdumuzun üzərinə ayaq açmaq istəyən məkrli qüvvələrə cavab vermək üçün növbəyə düzülmürsünüz? Bağışlayın,sizdə belə cəsarət hardadır ... Gör mən kimlərdən nə umuram...

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər