Modern.az

Azərbaycanda dul qadınların sayı, dul kişilərin sayından dəfələrlə çoxdur (STATİSTİKA)

Azərbaycanda dul qadınların sayı, dul kişilərin sayından dəfələrlə çoxdur (STATİSTİKA)

Ölkə

4 İyul 2011, 12:31


Azərbaycanda əhalinin sonuncu siyahıya alınması zamanı əhali ilə bağlı bəzi göstəricilər dəqiqləşdirilərkən, dul vətəndaşların da sayı müəyyənləşib. Bu barədə Modern.az saytına 2009-cu il aprel ayının 13-dən 22-dək ölkədə siyahıyaalma həyata keçirən Dövlət Statistika Komitəsindən məlumat verilib.

Sonuncu siyahıyaalma zamanı məlum olub ki, Azərbaycanda 447 min 459 nəfər dul əhali var. Həyat yoldaşları (əri və ya arvadı) dünyadan köçmüş dul əhalinin 67 min 949 nəfərini kişilər,  379 min 510 nəfərini qadınlar təşkil edir.

Müxtəlif səbəblərdən ərini və ya arvadını itirmiş dullar əhalinin müxtəlif yaş təbəqələrini əhatə edirlər. Məsələn, 20-29 yaşda olan vətəndaşlar arasında 4160 nəfər dul var.

30-34 yaşda olanlar arasında isə 8135 nəfər dul vətəndaş var. 40-44 yaşlı əhali arasında dullar bir qədər də çoxdur - 23500 nəfər.

Azərbaycanda dullar ən çox 70-74 yaşlı əhali arasındadır- 76230 nəfər.

Siyahıyaalma zamanı müəyyən edilib ki, Azərbaycanda dul vətəndaşların 245 min 671 nəfəri şəhər əhalisidir, 201 788 nəfəri isə kənd əhalisi. Təkcə Bakı şəhərində 107 min 337 nəfər dul əhali yaşayır ki, onların da 20206-nı kişilər, 87131-ni qadınlar təşkil edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin sayı 9 milyon nəfərdən çoxdur . Əhalinin 54 faizi şəhər, 46 faizi kənd yerlərində yaşayır. Əhalinin 49 faizini kişilər, 51 faizini qadınlar təşkil edir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər