Modern.az

Azərbaycandakı hərbi hissələrdə xüsusi rejimə keçilib

Azərbaycandakı hərbi hissələrdə xüsusi rejimə keçilib

7 İyul 2011, 11:21

Kəskin istilərin düşməsi Müdafiə Nazirliyini hərbi hissələrdə şəxsi heyəti günvurmadan qorumaq üçün müvafiq tədbirlər görməyə məcbur edib. Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin bir müddət öncə imzaladığı əmrlə Azərbaycandakı hərbi hissələrdə xüsusi rejimə keçilib. Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, bu addım havaların isti keçməsi ilə əlaqədar atılıb.

Əmrə müvafiq olaraq yay mövmüsünün başlanması ilə əlaqədar bütün hərbi hissələrdə açıq havada keçirilməli olan təlimlərin vaxtı dəyişdirilib. Əvvəllər günorta saatlarında keçirilən hərbi təlimlər bundan sonra səhər və axşamüstülər təşkil olunacaq. Yəni yay fəsli boyunca saat 11.00-dan 17.00-dək şəxsi heyət açıq havada təlim keçməyəcək. Temperaturun yüksək olduğu saatlarda şəxsi heyət örtülü yerdə və ya kölgəlikdə təlimatlandırılacaq.

Bütün hərbi hisələrdə şəxsi heyət həm də bir müddət öncə yay geyim formasına keçib. Hərbi hissələrdə sərinkeşlərdən də istifadə olunmağa başlayıblar.
Bütün bu tədbirlər şəxsi heyəti günvurmadan və isti havanın digər fəsadlarından qorumaq məqsədi daşıyır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər