Modern.az

Yata bilmirsənsə, danışa bilərsən!

Yata bilmirsənsə, danışa bilərsən!

7 İyul 2011, 12:36

Bakcellin yay kampaniyası milyonlara pulsuz danışıq imkanı verir

İsti yay gecələri başlayıb. Havalar qızışdıqca, çox adam yata bilmir, tez-tez oyanıb narahat olur. Bəziləri kiminsə xiffətini çəkir, digərləri isə sadəcə yaxınlarından nigaran qalır. Belədirsə, yerində uzanıb tavana baxmağın, boş yerə səhəri dirigözlü açmağın nə mənası?! Mobil telefona əl uzatmağın əsl vaxtıdır. Axı indi gecədən səhərə qədər fasiləsiz olaraq ürəyin istəyən qədər pulsuz danışmaq mümkündür!

Bu gözəl imkanı öz abunəçilərinə Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti yaradıb. Sözün əsl mənasında hər bir sahədə birinci olan Bakcell mövsümü nəzərə alaraq, müştərilər üçün belə unikal bir məhsul hazırlayıb.

Gecədən səhərə qədər pulsuz danış!

“Yatma, danış” kampaniyası çərçivəsində gecə ərzində istənilən CİN abunəçisi digərinə zəng edib ürəyi istəyən qədər pulsuz danışa bilər. Hər bir abunəçi gecəyarısından (saat 00:00-dan) səhər saat 8-ə qədər pulsuz şəbəkədaxili zənglərdən yararlana bilər. Deməli, hər gün 8 saat, ayda təxminən 250 saat pulsuz danışmaq mümkündür. Bir sözlə, pulsuz danışıq vaxtı o qədər çoxdur ki, danışmaqla qurtarmaq olmur. Buna görə isə ayda cəmi 55 qəpik ödəmək lazımdır. Yəni, demək olar havayı.

Bu kampaniyanı Bakcell tərəfindən müştəriləri üçün əsl yay sürprizi adlandırmaq olar.       2 ay əvvəl hesablaşma sistemində köklü dəyişiklik edən şirkət təqdim etdiyi yeni tariflərlə hər kəsi sevindirdi. Yeni sistemə görə tarifləri endirməsi Bakcell müştərilərinin sayının artmasına səbəb oldu. Təbii, bu faktora Bakcellin öz şəbəkəsini gücləndirməsi də təsir etdi. Artıq şirkət özünün yenilənmiş şəbəkəsi ilə müştərilərinə daha üstün xidmətlər göstərir.

Sürprizlər silsiləsi davam edir

Konturdan manata keçid zamanı Bakcell öz müştərilərinə söz vermişdi ki, onları tezliklə daha maraqlı və ən əsası sərfəli yeniliklərlə sevindirəcək. Doğrudan da bu 2 ay ərzində Bakcellin təqdim etdiyi sürprizlərin ardı-arası kəsilmir. Əvvəlcə, danışıq qiyməti daha aşağı tarifə - qəpiyə endirildi. Növbəti sürpriz yayın əvvəlində gəldi. Belə ki, iyunun 10-da Bakcell abunəçilər üçün “Pulsuz SMS günü” elan etdi. Milyonlarla abonent gün ərzində istədiyi qədər mesaj göndərmək imkanı qazandı.

Əhatə etdiyi müştəri sayı və əhəmiyyəti baxımından “Yatma, danış” kampaniyasını da şirkətin təqdim etdiyi xoş və gözlənilməz sürprizlər silsiləsinə aid etmək olar. Əminliklə demək olar ki, Bakcellin yeni yay kampaniyası hər bir CİN abunəçisinin ürəyincədir. Axı istənilən kateqoriyalı, istənilən yaşda olan abonent bu xidmətdən yararlana bilər.

İstirahətdə olanlar və gənclər üçün hədiyyə  

Onsuz da qızmar yay gecələrində hər kəs adətən daha gec yatır. Bu baxımdan, sözügedən kampaniya yata bilməyənlər üçün əsl hədiyyə olub. Digər tərəfdən, yay kampaniyası özəl söhbətlərdən heç cür doya bilməyən sevgililər üçün də əsl bayramdır. İndi hər bir gənc CİN abunəçisi dost-tanışı, sevdiyi şəxslə bütün gecəni doyana qədər danışa bilər.  

Həm də yay vaxtı əksər insanların istirahətə getdiyini nəzərə almaq lazımdır. Yayda adətən paytaxt boşalır, çox adam istirahət üçün səfalı bölgələrimizə üz tutur. “Yatma, danış” kampaniyası imkan verir ki, ailə üzvləri bir-birilərindən xəbər tutsunlar. Daha  tələsik danışıb bir neçə cümlə ilə zəngi başa vurmağa ehtiyac qalmır. Kampaniyanın köməyilə hər kəs evdəkilərdən nigaran qalmadan istirahətin dadını çıxara biləcək. Təbii, həm də başlarına gələn macəralarını tələsmədən, ətraflı şəkildə dostlarına, ailə üzvlərinə çatdıra biləcəklər.

Hər kəsin marağında olan kampaniya

Bir sözlə, “Yatma, danış” kampaniyası hər kəsin maraqlarına aiddir. Bunu rəqəmlər də sübut edir. Belə ki, şirkətdən verilən məlumata görə, artıq yüz minlərlə Bakcell abunəçisi “Yatma, danış”ın verdiyi imkanlardan bəhrələnir. Bakcellin bu səs-küylü kampaniyası artıq sosial şəbəkələrdə də aktiv şəkildə müzakirə olunur. Odur ki, kampaniyanın sonuna kimi ondan istifadə edənlərin sayının daha da artacağı gözlənilir.

Qeyd edək ki, ancaq yay üçün keçərli olan kampaniyaya qoşulmaq çox asandır. Bunun üçün sadəcə 550 qısa nömrəsinə boş SMS göndərmək tələb olunur. Kampaniyadan yararlanmaq istəyənlər isə bir qədər tələsməlidirlər. Çünki “Yatma, danış”ın müddəti bu ayın sonuna qədərdir.

Odur ki, gecələri yata bilməyib danışmaq istəyənlər - bu fürsəti əldən verməyin, heç kimdən nigaran qalmayın, ürəyinizdəkilərin hamısını boşaltmaq üçün doyunca danışın. Hər gecə səhərə qədər yaxınlarınızla ünsiyyətdən zövq alın.   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər