Modern.az

Mərkəzi Bankın "qızıl sikkə" müsabiqəsi yekunlaşıb, qaliblər bəllidir

Mərkəzi Bankın "qızıl sikkə" müsabiqəsi yekunlaşıb, qaliblər bəllidir

Ölkə

10 İyul 2011, 14:25

Mərkəzi Bank tərəfindən Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar hazırlanacaq qızıl xatirə sikkəsinin dizaynının yaradılması məqsədilə keçirilən müsabiqə yekunlaşıb.

Mərkəzi Bankdan verilən məlumata görə, müsabiqə üçün təqdim olunmuş eskizlər münsiflər heyəti tərəfindən qiymətləndirilib. İştirakçılardan “OZZO” (Orxan Qurbanov və Zeynəb Həsənlinin birgə təqdim etdiyi layihə) və Elşən Vəlicanovun hazırladıqları eskizlərin fərqli və xatirə sikkəsinin dizaynına ideya baxımından qismən uyğun olmasını nəzərə alaraq həmin layihələrin hər biri üzrə 500 manat məbləğində həvəsləndirici mükafatla təltif olunması barədə qərar verilib.

Mükafatlandırma münsiflər heyəti tərəfindən Mərkəzi Bankda keçiriləcək.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü ilə əlaqədar olaraq qızıl xatirə sikkəsi ölkə başçısının “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” Sərəncamına əsasən buraxılır.

Mərkəzi Bank bir müddət öncə məlumat vermişdi ki,  dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə dair xatirə sikkəsinin dizaynının yaradılması məqsədi ilə keçirilən müsabiqənin qalibinə 2000 manat məbləğində pul mükafatı veriləcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər