Modern.az

Rüşvətə qarşı şikayət üçün hansı dövlət orqanında "qaynar xətt" yoxdur?

Rüşvətə qarşı şikayət üçün hansı dövlət orqanında "qaynar xətt" yoxdur?

Ölkə

10 İyul 2011, 16:24

"Alo! - şikayətim var!": "Qaynar xət"lərin SİYAHISI

Prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizənin ölkənin prioritet istiqamətlərindən biri olduğnu bəyan edib. O, Nazirlər Kabinetinin bu ilin əvvəlində keçirilən iclasında və ondan sonra təşkil olunan bir sıra konfranslarda rüşvətxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılmasının vacibliyini vurğulayıb. 

“Korrupsiya və rüşvətxorluq böyük bəladır və bizim üçün böyük ləkədir. Elə etməliyik ki, bütün sahələrdə şəffaflıq təmin edilsin…
…bütün dövlət qurumları, bütün dövlət şirkətləri, yerli icra orqanları, mərkəzi icra orqanları bilməlidir ki, hər bir məmur öz işində elə işləməlidir ki, həmişə üzüağ olsun, alnıaçıq olsun…
…bizim cəmiyyətimizi içəridən sarsıdan xoşagəlməz hallar, rüşvətxorluq, əsassız tələblər var, bəzi hallarda insanları incidirlər…
…bu sahədə qanun pozuntularına yol verənlər ciddi şəkildə cəzalandırılacaqlar...”.

Bu fikirləri ölkə başçısı 2011-ci ilin fevralında “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda səsləndirib.

Dövlət qurumlarının rəhbərləri isə Prezidentin tapşırığının icrası ilə əlaqədar rəhbərlik etdikləri qurumlarda müvafiq addımlar atıldığını, korrupsiya və rüşvətxorluğa yol verən əməkdaşların cəzalandırıldığını bəyan etməkdədirlər. Nazirliklər və digər dövlət orqanları hüquqazidd əməllərinə, rüşvətxorluğa görə işdən qovulan əməkdaşlar barədə aradabir ictimayyətə məlumatlar da açıqlayırlar. Hələki həmin məumatlarda ancaq kiçik vəzifələr tutanların cəzalandırıldığını oxuyuruq.

Rəsmi səviyyədə də etiraf olunduğu kimi, ölkənin müxtəlif sahələrində rüşvət və bürokratiya, süründürməçilik halları var. Bəs belə hallarla qarşılaşan vətəndaşlar nə etməlidirlər?

Dövlət orqanları çıxış yollarından biri kimi korrupsiya və rüşvətxorluq, digər hüquqazidd əməllər barədə “qaynar xət”lərə müraciət edilməsini məsləhət görürlər. Yeri gəlmişkən, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirildiyi bəyan ediləndən sonra dövlət orqanlarında yaradılan “qaynar xət”lərin sayı artıb.
Bildirilir ki, “qaynar xət”lərin açılmasında məqsəd korrupsiyaya qarşı mübarizənin yeni müstəvidə daha səmərəli təşkilinin təmin edilməsi, vətəndaşlara birbaşa və maneəsiz müraciət etmək imkanlarının yaradılması, onların müraciətləri üzrə dərhal təxirəsalınmaz tədbirlər görülməklə korrupsiya hüquqpozmalarının aşkar edilməsi və bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsidir.

Araşdırmalar göstərir ki, haqsızlığa qarşı çıxış yolu tapmayan bəzi vətəndaşlar bir sıra hallarda son addım kimi “qaynar xət”lərə müraciət etməyə məcbur olur, amma həmin telefonlara zəng etməyi əhəmiyyətsiz sayanlar da var.

Dövlət qurumlarında deyirlər ki, “qaynar xət”lərə daxil olan açıq və adlı şikayətlərlə yanaşı, anonim müraciətlər də çox olur. Amma “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanunun 7-ci maddəsini əsas tutan orqanlar anonim şikayətlərə baxmırlar. Həmin maddədə deyilir:

"…Yazılı müraciət vətəndaş tərəfindən imzalanmalı, vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, yaxud işlədiyi yer göstərilməlidir. Müraciətdə həmin məlumatlar göstərilmədikdə onlar anonim sayılır. Anonim müraciətlərə baxılmır...".

Amma anonim şikayət edənlər özlərinə haqq qazandırılar ki, özünün və ya ailə üzvünün işdən çıxarılacağından, təzyiqlərlə üzləşəcəyindən, işgəncələrə məruz qalacağından qorxduğu üçün adını, soyadını, ünvanını göstərə bilmir… Razılaşmamaq olmur…
 
Modern az saytı mövzunun aktuallığını və vətəndaşlara kömək məqsədilə dövlət orqanlarında fəaliyyət göstərən “qaynar xət”lərin telefon nömrələrinin siyahısını təqdim edir. Buyurun, zəng edin, şikayət verin…

“Azəriqaz” İstehsalat Birliyi - 185 (Qaz təchizatı sistemində “mavi yanacaq”dan istifadə qaydalarının pozulması, onları doğuran səbəblərin aradan qaldırılması, istehlakçılar arasında mənzillərdə və digər obyektlərdə təbii qazdan düzgün istifadə edilməsi qaydaları, eləcə də qaz təsərrüfatında yaranmış problemlərlə bağlı abunəçiləri maraqlandıran suallara cavab verilir);

(Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin evakuasiya xidməti – 156 (Yeni evakuasiya avtomobilləri tərəfindən istənilən çəkidə olan nəqliyyat vasitələrinin (hətta yüklərin daşınmasını) göstərilən ünvana tez və sərfəli evakuasiyası məsələsi);

Müdafiə Nazirliyi - 538-61-10,  539 90 28,  539 23 55 (Çağrışçıların hansı qoşun növünə və hərbi hissəyə düşdüyünü öyrənmək olar)
Nazirliyin tərbiyə işləri idarəsi -  538-61-31,  538 61 74,  539 23 76 (Şikayəti və ya hər hansı narazılığı olan vətəndaşlar zəng edə bilərlər)

Ombudsmana işgəncələr haqqaında məlumatı ötür – 050 3709896;
uşaq hüquq pozuntusu ilə bağlı məlumatı təcili ötür – 916

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi – 161 (Vətəndaşlar tərəfindən korrupsiya hüquqpozmaları barədə şəhərlərarası, respublika daxili və mobil telefonlar vasitəsilə həmin mərkəzə ödənişsiz zəng etmək üçün bütün texniki imkanlar yaradılıb). 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 142

Ekologiya və Təbii Sərvətlər Nazirliyini - 439-18-63, 438-13-35

Səhiyyə Nazirliyini - 565-12-64;

Baş Prokurorluq – 4925540; 4920138

Daxili İşlər Nazirliyi  
- 102 

Vergilər Nazirliyi - 195 

Fövqəladə Hallar Nazirliyi - 112 

İqtisadi İnkişaf Nazirliyi - 195-2 

Dövlət Gömrük Komitəsi - 192 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası - 141 

Təhsil Nazirliyi - 496 34 82; 496 37 61  

Bakı Şəhəri üzrə Təhsil İdarəsi - 4410699

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi - 432 55 26
 

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi - 193

Dövlət Miqrasiya Xidməti  - 561 87 54; 919 

Dövlət Sosial Müdafiə Fondu və pensiyalara dair bütün sualların cavablandırılması - 190 

Mərkəzi Bank- Bank xidmətləri ilə bağlı sual və təkliflər üçün - 493-11-22

Milli valyuta ilə əlaqədar - 493-13-23

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi - 963

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 465 34 71 

Ədliyyə Nazirliyi- 430 11 55

Ali Attestasiya Komissiyası - 437-24-64

Azərbaycan İpoteka Fondu -5982008

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti - 4981501 , 4981504 (İstehlakçı hüquqlarınız pozularsa);

Əmlak Məsələləri Dövlət Komitəsi - 193 (Dövlət əmlakının idarəedilməsi və özəlləşdirmə ilə bağlı suallar);

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti - 148 (Daşınmaz əmlak üzərində mülkiyyət hüququnuzun qeydiyyatı ilə bağlı suallar);

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi - 598 08 98;

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
- 431 31 26 (Hüquqi məsələlər üzrə)
- 431 11 66 (Statusla bağlı məsələlər üzrə)
- 431 86 34 (Sosial problemlər və müavinat bağlı məsələlər üzrə)
- 431 70 48 (Məskunlaşma, miqrasiya və məşğulluq məsələləri üzrə)
- 430 09 22 (Kommunal xidmətlər üzrə).

Adəm Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər