Modern.az

Nazir daha 3 yol polisini işdən qovdu

Nazir daha 3 yol polisini işdən qovdu

11 İyul 2011, 17:03

Daxili işlər nazirinin 9 iyul 2011-ci il tarixli əmri ilə yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan, polis əməkdaşı adına xələl gətirən hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin 3 əməkdaşı xidmətdən xaric olunub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tabeliyində olan əməkdaşların xidməti fəaliyyətinə nəzarəti lazımi səviyyədə həyata keçirmədiyinə görə Yol Patrul Xidmətinin 1 əməkdaşına isə “şiddətli töhmət” elan edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər