Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 16-da 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.
TQDK-dan Modern.az-a verilən məlumata görə, imtahanda istifadə olunmuş sualların düzgün cavabları qurumin internet saytında yerləşdirilib (burada - //tqdk.gov.az/ ).
TQDK eyni zamanda abituriyentlərə ballarını hesablamaq imkanı yaradıb. (burada- //tqdk.gov.az/bh.swf).
Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. İlkin statistik məlumatlara əsasən 2011-ci ildə IV qrup üzrə ərizə vermiş 14619 abituriyentdən 689 nəfəri imtaha gəlməyib. Abituriyentlərdən 29 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunublar.
IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri iyulun 18-də açıqlanacaq. Nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini 7727 nömrəsinə göndərməklə mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə biləcəklər.
Modern.az