Modern.az

Ayaz Mütəllibovun oğlu vəfat edib

Ayaz Mütəllibovun oğlu vəfat edib

8 Avqust 2011, 16:09

Azərbaycanın sabiq  prezidenti Ayaz Mütəllibovun oğlu Azad Mütəllibov 49 yaşında vəfat edib.

 

Bu barədə Modern.az-a açıqlamasında ASDP-nin həmsədri Araz Əlizadə məlumat verib. Onun sözlərinə görə, bu gün dünyasını dəyişən mərhum Azad Mütəllibov xərçəng xəstəliyindən əziyyət çəkib.

 

Mərhumla vida mərasimi sabah 14.30 radələrində Təzə Pir məscidində baş tutacaq. O, köhnə Yasamal qəbiristanlığında babasının yanında dəfn olunacaq.

 

Hazırda Rusiyada yaşayan sabiq prezidentin oğlunun dəfn mərasimində iştirak edib-etməyəcəyi bəlli deyil. A. Əlizadə bildirib ki, bu barədə heç nə deyə bilməz.

 

Allah rəhmət eləsin!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?