Modern.az

Elmar Vəliyev Gəncədə "böyük söküntü"yə əmr verib

Elmar Vəliyev Gəncədə "böyük söküntü"yə əmr verib

Ölkə

11 Avqust 2011, 12:26

Gəncə şəhərinin müxtəlif ərazilərində tikilən sənədsiz evlərlə bağlı yaxınlarda böyük söküntü işlərinə start veriləcək. Modern.az saytının əməkdaşı xəbər verir ki, bu barədə Gəncə şəhərinin baş memarı Allhverdi Əliyev bildirib. Onun sözlərinə görə, sənədsiz torpaqlarda ev tikmiş vətəndaşların mülklərinin bundan sonrakı aqibəti Mülki Məcəllənin 180-ci maddəsil ilə tənzimlənəcək.

A.Əliyev deyib ki, müvafiq dövlət qurumlarından icazə alınmadan  tikilmiş evlər tikinti və şəhərsalma normalarının kobud şəkildə pozulmasıdır.

Baş memar Allhverdi Əliyev deyib ki, bu günə kimi şəhərin Sevinc, Natəvan, Gülüstan, Avtozavod qəsəbələrində tikilən sənədsiz evlərin aqibəti yaxşı olmayacaq. Onun sözlərinə görə, adıçəkilən qəsəbələrdə torpaq alarkən aidiyyatı dövlət qurumlarından sənəd alan və ev tikərkən tikinti və şəhərsalma normalarını qoruyan mülklər saxlanılacaq. Ancaq, bu göstərilən halların heç birinə əməl etmədən özbaşına torpaq və mülk əldə etmiş şəxslər haqqında isə ciddi inzibati tədbirlər görüləcək.
Baş memar bildirib ki, tikinti məqsədilə ayrılmayan torpaq sahələrində evlərin tikilməsi qanuna uyğun deyil. Əgər həmin torpaqlarda evlər tikilibsə, mülk sahibləri qanunauyğun şəkildə həmin mükdən istifadə edərək əqdlər bağlamaq, satmaq və icarəyə vermək kimi hüquqlardan məhrum edilir.
Torpağının sənədi olan, ancaq tikdirdiyi evə icazəsi olmayan vətəndaşların mülkiyyət hüququna gəlincə, Allahverdi Əliyev belə deyib:
“Əgər özbaşına tikinti aparmış şəxs onu özünün mülkiyyəti olan torpaq sahəsində tikibsə, bunu məhkəmə qaydasında qanuniləşdirə bilər. Ona mülkiyyət hüququ əldə edə bilər. Bir şərtlə ki, həmin tikinti fiziki şəxslərin həyat və sağlamlıqları üçün təhlükə yaratmasın, digər şəxslərin qanunla qorunan hüquqlarına zidd olmasın”.

Gəncədə icazəsiz tikililərlə bağlı “söküntü əməliyyatı” bir müddət öncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən başladılıb. Belə görünür ki, sənədsiz evlərin sakinlərini çox pis aqibət gözləyir. Belə evlərin sayı isə Gəncədə çoxdur...

Xaliq Qurbanov
Gəncə

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər