Modern.az

İslam Partiyasının Sumqayıt təşkilatının sədri həbs edilib

İslam Partiyasının Sumqayıt təşkilatının sədri həbs edilib

Ölkə

12 Avqust 2011, 11:32

Bu gün Azərbaycan İslam Partiyasının Sumqayıt komitəsinin sədri Kərbəlayi Arif güc strukturları tərəfindən saxlanılıb. Modern.az bildirir ki, bu barədə islamçılara yaxın olan islamazeri.az portalı məlumat verib. Komitə sədrinin evində axtarış aparılıb.Lakin hadisə ilə əlaqəli ətraflı məlumat verilməyib.

Bundan başqa, bu gün həmçinin ruhani Hacı Abgül Süleymanov polis tərəfindən saxlanılıb.
Hacı Abgül İsmayıllı rayonunun Lahıc kəndində qaynatasının evində olarkən həbs edilib.

Dünən isə islamazeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramov 4 mülkü geyimli tərəfindən Milli Təhlükəsizlik Nazirliyinə aparılıb. Onu Nizami metrosunun yaxınlığından aparıblar.

Bu barədə Hacı Ramin Bayramovun vəkili Elçin Namazov məlumat verib.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər