Modern.az

Qızıl məmulatlarl satan obyektlər yoxlanılıb, sahibkarlar 8 min manat cərimələnib

Qızıl məmulatlarl satan obyektlər yoxlanılıb, sahibkarlar 8 min manat cərimələnib

Ölkə

12 Avqust 2011, 14:13

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2011-ci ilin ötən dövrü ərzində 10 sahibkarlıq subyektində əyar nəzarəti aparılıb. Bu barədə Modern.az-a Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilən əyar nəzarəti zamanı ümumilikdə 8013 ədəd qızıldan və 2937 ədəd gümüşdən hazırlanmış zərgərlik məmulatlarının dövlət əyar damğası ilə damğalanmadığı aşkar edilib. Həkk olunmuş mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri məmulatlar üzərində təmizlənib və bütün məmulatlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb.
Bunun nəticəsində sahibkarlıq subyektləri tərəfindən ümumilikdə 91 878  manat dövlət rüsumu ödənilib. Eyni zamanda, sahibkarlıq subyektlərinə 8 000 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər