Modern.az

Gəncədə şagirdlərlə yanaşı, müəllimlər də bu ildən vahid forma geyinəcəklər

Gəncədə şagirdlərlə yanaşı, müəllimlər də bu ildən vahid forma geyinəcəklər

15 Avqust 2011, 16:30

2011-2012-ci tədris ilində Gəncə məktəblərinin şagirdləri vahid məktəbli formasında sinif otaqlarına daxil olacaqlar. Artıq yeni formalar da sifariş edilib. Bu barədə Modern.az-a Şəhər Təhsil İdarəsindən bildirilib. Gəncə şəhər Təhsil İdarəsinin müdiri Mahal Əliyevin sözlərinə görə, artıq birinci mərhələ üçün 30 minə qədər müxtəlif ölçüdə məktəbli forması sifariş edilib. Buraya həm oğlanlar, həm də qızlar üçün yay və qış geyimləri daxildir.

“Məktəbli forması hər il müəyyən səbəblərə görə mübahisə doğurur. Şagirdlər müxtəlif rənglərdə paltar geyinir. Hətta bir sinifdə şagirdlərin paltarları müxtəlif olur. Bu il biz məktəb direktorları, şəhər ictimaiyyəti nümayəndələri və valideynlərlə toplantı keçirdik. Qərara aldıq ki, necə otən il Bakı şəhərində məktəbli formasına keçildi, bu il Gəncə şəhərində də vahid məktəbli forması tətbiq olundun”.

Mahal Əliyev valideynlərin diqqətinə onu da çatdırıb ki, övladlarına bazar və dükandan məktəbli geyimi almasınlar və bu məqsədlə məktəb direktorları ilə əlaqə saxlasınlar.

“Məktəb rəhbərləri və ictimaiyyət nümayəndələrinin bəyəndiyi forma həm estetik görünüşü, həm parçanın keyfiyyəti, həm də qiymət baxımından çox sərfəlidir. Qiymətlər ölçülərindən asılı olaraq 40 -50 arasında dəyişir. Valideynlərə tövsiyə edirəm ki, məktəbdən formanın haradan alınması məsləhət görülərsə, həmin yerdən alsınlar, başqa yerdən almasınlar”.

Bu il Gəncə şəhər orta məktəblərinə 37 minə yaxın şagirdin qədəm qoyacağı gözlənilir. Yeni tədris ilində Gəncə şəhər orta məktəblərinin müəllimləri də forma geyinəcək. Məktəb rəhbərləri isə ötən tədris ilindən vahid forma geyinirlər.


Xaliq Qurbanov
Gəncə

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər