Modern.az

Nazirlər Kabineti qərar verdi - 4 gün iş olmayacaq

Nazirlər Kabineti qərar verdi - 4 gün iş olmayacaq

Ölkə

16 Avqust 2011, 13:24

Nazirlər kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar verib. Modern.az-ın məlumatına görə, Baş naziri Artur Rasizadənin imzaladığı qərərarla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdirilib.

Qərarda bildirlib ki, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2011-ci ilin 27 avqust istirahət günü ilə 29 avqust iş gününün yeri dəyişdirilir.

Bu dəyişiklik nəticəsində Azərbaycan ərazisində avqustun 28, 29, 30 və 31-i istirahət günləri olacaq.
Avqustun 30-31-i Ramazan bayramına təsadüf edir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər