Modern.az

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yaşı 65-i ötən xeyli işçi pensiyaya çıxarıldı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yaşı 65-i ötən xeyli işçi pensiyaya çıxarıldı

24 Avqust 2011, 13:52

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişiklikdən sonra dövlət qulluğunda çalışmanın yuxarı yaş həddinə uyğun olaraq dövlət orqanlarında 65 yaşa çatmış işçilərin siyahısı hazırlanır, ixtisarlar aparılır. 
Modern.az saytının məlumatına görə, bu proses Dövlət Şəhərsalma və Arxitektura Komitəsində də davam etdirilir. Komitədən 70 yaşı olmuş 4 işçi artıq təqaüdə göndərilib. Bu barədə saytımıza açıqlamaında komitənin mətbuat xidmətinin rəhbəri Cahangir Qocayev açıqlama verib.

“Üç nəfər işçimiz 70 yaşdan yuxarı idi, birinin isə təzəlikcə 70 yaşı tamam oldu və onların 4-də pensiyaya göndərildi. Qalan işçilərimizdən isə bildiyim qədər hələ 65 yaşa çatan yoxdur”.

C.Qocayev qanunun tələblərinə uyğun olaraq bu istiqamətdə tədbirlərin davam etdiriləcəyini də vurğulayıb.
“Bizim komitə respublika qanunvericiliyinin qarşımızda qoyduğu məsələlərlə bağlı mütəmadi olaraq tədbirlər həyata keçirir. 65 yaşdan yuxarı dövlət işində çalışan işçilərin təqaüdə göndərilməsi ilə bağlı iş də fasiləsiz olaraq davam etdiriləcək”.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər