Modern.az

"Google"nin Azərbaycana aid daha bir saxtakarlığı: Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də bu şirkətə etiraz etdi

"Google"nin Azərbaycana aid daha bir saxtakarlığı: Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də bu şirkətə etiraz etdi

Ölkə

25 Avqust 2011, 20:28

Deputat Məlahət İbrahimqızı: "Çoxsaylı seçicilərim adından "Google"yə məktub göndərmişəm"


Azərbaycan ərazilərinin “Google” şirkətinin saytındakı xəritələrdə təhrif olunması ilə yanaşı, həmin veb-səhifədə Qarabağın Ermənistan ərazisi kimi göstərilməklə buna uyğun telefon kodları da yazılıb. Modern.az saytının məlumatına görə, Azərbaycan Milli Məclisinin deputatı Məlahət İbrahimqızı və Rabitə və İnformasiya Terxnologiyaları Nazirliyi bununla bağlı “Google” şirkətinin rəhbərliyinə etiraz məktubu göndəriblər.

Millət vəkili Məlahət İbrahimqızı Modern.az saytına açıqlamasında bildirib ki, “Google” kimi dünyanın ən tanınmış saytında Azərbaycanla bağlı dezinformasiya yerləşdirilməsi - Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ torpağının Ermənistan ərazisi kimi göstərilməsi - bu şirkətin ilk növbədə beynəlxalq hüquqa qarşı hörmətsizliyidir:
“İkincisi bu, “Google”nin Azərbaycana qarşı ədalətsiz yanaşmasıdır. Məsələni iki cür qiymətləndirmək olar:
ya “Google”nin bu məsələdən xəbəri yoxdur, əgər “Google”nin xəbəri yoxdusa ki, Qarabağ Azərbaycanın ərazisidir, bu, çox biabırçılıqdı. Çünki “Google” dünyanın ən tanınmış saytlarından biridir. “Google” haqqında bir söz deməyə ehtiyac yoxdur.
Ya da bilirsə və bilərəkdən bunu edirsə, bu da beynəlxalq hüquqa, qanuna hörmətsizlikdi. Belə bir şirkətin bu cür addımı beynəlxalq qanunları pozmaqdır, açıq-aşkar erməniləri dəstəkləyən bir saytdır. Təbii ki, burda da erməni lobbisinin böyük rolu, gücü var. Mən hesab edirəm ki, Azərbaycan höküməti, müvafiq nazirliklər xüsusilə də, Rabitə və İnformasiya  Texnalogiyaları Nazirliyi öz qəti sözünü deməlidir”.

Deputat bildirib ki, BMT Azərbaycanın işğala məruz qalmasına dair 4 qətnamə qəbul edib, Avropa Şurası da belə sənəd qəbul edib:
“Demək olar dünyada mövcüd olan beynəlxalq təşkilatların hamısı Azərbaycanın işğala məruz qalmağını, Azərbaycanın 20 faiz torpağının Ermənistan ordusu tərəfindən işğal olunmasını və 1 milyon Azərbaycan vətəndaşının qacqın və məcbüri köçkün düşməsini, işğalçının heç bir şərt olmadan Qarabağ ərazisindən çıxmasını, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını tələb edən sənədlər qəbul olunub. İlk növbədə “Google”  bu beynəlxalq sənədlərə, beynəlxalq hüquqa zərbə vurur, hörmətsizlik edir. Ona görə hesab edirəm ki, bizim müvafiq hökümət qurumları öz qəti mövqeyini bildirməlidir. Eyni zamanda  ictimaiyyət, mətbuat, QHT-lər də “Google”nin ermənipərəst mövqeyinə qarşı öz münasibətini bildirməlidir”.

Deputat deyib ki, Azərbaycan ərazilərinin “Google”nin xəritələrində təhrif olunmasına etiraz məqsədilə seçiciləri adından millət vəkli olaraq yazılı məktub göndərib:
“Hesab edirəm ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi hökümətimiz adından qəti və ciddi mövqeyini bildirməlidir. Azərbaycan ictimaiyyətində də buna qarşı çox ciddi sərt mövqe səsləndirilməlidir.       

Bu ədalətsizlik beynəlxalq məhkəmələr vasitəsilə həll olunmalıdır.  Hətta beynəlxalq təcrübədə də var, çox böyük miqdarda maliyyə təzminatı irəli sürülə bilər. “Youtube” internet videoşəbəkəsini Atatürklə bağlı təhqiramiz sözlərə görə Tükiyədə bağladılar. “Google” Azərbaycan xalqından üzr istəməlidi, başa düşməlidir ki, beynəlxalq hüququ pozub”.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov Modern.az-a bildirib ki, “Google”nin saytında Qarabağın Ermənistan ərazisi kimi göstərilməklə buna uyğun telefon kodları yazılmasına artıq rəsmi etiraz bildirlib.
M.Əmirov deyib ki, məsələ ilə bağlı beynəlxalq təşkilatlara, o cümlədən “Google” şirkətinin özünə müraciət ediblər. Mətbuat xidmətinin rəhbəri onu da qeyd edib ki, bu cür hallara əvvəllər də yol verilib.

“Belə bir hal əvvəllər iki dəfə təkrarlanıb. Biz müraciət ünvanladıqdan sonra səhv düzəldilib. İndi yenidən Rabitə Informasiya Texnologiyaları Nazirliyi adından müvafiq qurumlara, “Google” şirkətinin özünə müraciət etmişik və ümid edirik tez bir zamanda bu səhv düzəldiləcək. Azərbaycanın Xarici İşlər Nazirliyinə də məsələni diqqətdə saxlaması üçün müraciət olunub”.

Belə səhvlərin yenidən təkrarlanmaması üçün Müzfiq Əmirov hər birimizin kütləvi halda öz fikirlərimiz bildirməmizi və bu işdə ciddi olduğumuzu göstərməmizi vurğulayıb.

 Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər