Modern.az

Prezident təqaüdçüsünü Bakıda ölümlə hədələyirlər

Prezident təqaüdçüsünü Bakıda ölümlə hədələyirlər

Ölkə

27 Avqust 2011, 23:28

Yazıçı, publisist, AYB üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Zaur Qəriboğlu Modern.az saytında yayınlanmış “Biz hara gedirik – İrana, yoxsa, İran gəlir Azərbaycana?!” (//modern.az/articles/16614/1/) yazısından dolayı təhdidlərlə üzləşdiyini bildirib.

Z.Qəriboğlu deyir ki, əvvəlcə “Facebook” sosial şəbəkəsində başlayan hədələr gün boyunca səngimək bilməyib və bu gün günortadan sonra metronun 20 Yanvar stansiyasının yaxınlığında özlərini “Qum tələbələri” kimi təqdim edən üç nəfər onunla görüşərək bu yazıdan dolayı başının ağrıyacağını deyiblər.

Zaur Qəriboğlu iranpərəst qüvvələrdən dəfələrlə təhdidlər aldığını bildirərək bu tip təhdidlər davam edərsə, müvafiq orqanlara müraciət edəcəyini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər