Modern.az

Anaları və arvadları əcnəbi qadınlar olan Türk sultanları (SİYAHI)

Anaları və arvadları əcnəbi qadınlar olan Türk sultanları (SİYAHI)

Ölkə

28 Avqust 2011, 13:10


Türkiyənin “Sabah” qəzeti Osmanlı padşahları barədə çox maraqlı məlumat dərc edib. Modern.az həmin məlumatı Azərbaycan dilinə tərcümə edərək saytın oxucularına təqdim edir. Yəqin ki, bu, sizlərin də diqqətini çəkəcək…

Vaxtilə indiki Türkiyənin ərazisindən bir neçə dəfə böyük əraziyə malik imperiyaya yüz illər boyu hökmranlıq edən Osmanlı padşahlarının bir çoxunun anaları və arvadları türkəsilli qadınlar olmayıb. Yəni bu padşahlar bolqar, serb, yunan, alban və digər əcnəbi millətlərdən olan qadınlardan doğulublar. Bu əcnəbi qadınlardan doğulan oğlanların bir çoxu sonradan padşah taxtına çıxdıqda onlar da əcnəbi qızlarla evləniblər. Həmin əcnəbi qadınlar türklərlə evləndiklərində onların adları dəyişdirlərək türk isimləri qoyulub.

Elə isə həmin padşahlar və anaları...

I MURAD (29 İyun 1326 - 28 İyun 1389)

I Murad (Murad Hüdavendigar). Osmanlı dövlətinin üçüncü padşahı. Atası Orxan Qazi, anası bizanslı Horofira, yəni Nilufər xatundur.

I. BAYAZİD (1360 - 8 Mart 1403)

Ləqəbi İldırım olan I Bayazid, dördüncü Osmanlı padşahıdır. 1389-cu ildən 1402-ci ilə qədər hökmdarlıq edib. Atası Sultan I Murad, anası isə bolqar Marya, yəni Gülçiçek xatundur.

I MEHMET ÇƏLƏBİ (1382 - 26 May 1421)

I Mehmet Çələbi və ya I Mehmet Osmanlı omperiyasının beşinci sultanıdır. Onun atası İldırım Bayazid, anası da bolqar Olqa Xatundur.

II MURAD  (1404 - 3 Fevral 1451)

II Murad Koca Murad adı ilə də tanınır. Osmanlının 6-cı padşahıdır. Atası Mehmet Çələbi, anası Dulkadiroğulları Bəyliyindən Mehmet Bəyin qızı Əminə Xatundur. Amma bəzi qaynaqlarda II Muradın anası Veronika olaraq göstərilir.

II MEHMET (30 Mart 1432 - 3 May 1481)

II Mehmet və ya Fateh Sultan Mehmet. Yeddinci Osmanlı padşahıdır. Atası Sultan II Murad və anası isə keçmiş adı Dəspinə olan bir serb qadını olduğu deyilir. Bəzi qaynaqlarda bu qadın Candaroğulları soyundan olan Hüma Xatun kimi də qeyd edilir.

II BAYAZİD (1450- 26 May 1512)

II Bayazid Osmanlı dövlətinin səkkizinci padşahıdır. Fateh Sultan Mehmetin Gülbahar Xatundan (Kornelya) olan böyük oğuludur. Gülbahar Xatunun alban, serb və ya fransız əslli olduğu bildirilir.

I SƏLİM (10 Oktyabr 1470 - 1520)

I Səlim ya da Yavuz Sultan Səlim. Osmanlının doqquzuncu padşahı və 74-cü İslam xəlifəsidir. Atası II Bayazid, anası Dulkadiroğulları Bəyliyindən Gülbahar Xatundur.

I SÜLEYMAN (27 Aprel 1495 - 6 Sentyabr 1566)

Ləqəbi Qanuni Sultan Süleyman olan I Süleyman 10-cu Osmanlı padşahı və İslam xəlifəsidir. Atası I Səlim, anası isə Polşa yəhudisi Helga, yəni Hafizə Sultandır.

II SƏLİM (28 May 1524 - 15 Dekabr 1574)

II Səlim Osmanlının11-ci padşahıdır. Atası Qanuni Sultan Süleyman, anası isə ukraynalı Aleksandra Anastasia Lisovska (Rokselana), yəni Xürrəm Sultandır.

III MURAD (4 İyul 1546 - 16 Yanvar 1595)

III Murad 12-ci Osmanlı padşahıdır. II Səlimin və yəhudi Rasel yəni Nurbanu Sultandan olan ən böyük oğulu və varisidir.

III MEHMET (26 May 1566 - 21 dekabr 1603)

III Mehmet 13-cü Osmanlı padşahıdır. Taxta çıxdığı 1595-ci ildən ölümünə qədər padşahlığını davam etdirib. Atası III Murad, anası Venedikli Bafo, yəni Safıya Sultandır.

I ƏHMƏD (18 Aprel 1590 - 22 Noyabr 1617)

I Əhməd 14-cü Osmanlı padşahı, 79-cy İslam xəlifəsidir. Atası Sultan III Mehmet, anası yunan Helen, yəni Xandan Sultandır.

II OSMAN (3 Noyabr 1604 - 20 May 1622)

O, Gənc Osman olarak da tanınır. II Osman Osmanlı imperiyasının 16-cı padşahıdır. Atası I Əhməd, anası serb Evdoksiya, yəni Mahfiruz Sultandır.

IV MURAD (27 İyul 1612 - 8 Fevral 1640)

IV Murad 17-ci Osmanlı padşahıdır. 1623-1640-cı illər arasında hökmranlıq edib. IV Murad İstanbulda Sultan I Əhmədin və əsl adı Anastasya olan yunan əslli Kosam Sultanın oğlu olaraq dünyaya gəlib.

IV MEHMET (2 Yanvar 1642 - 6 Yanvar 1693)

IV Mehmet (Ovçu Mehmet) 19-cu Osmanlı sultanıdır. Padşah İbrahimin rus Nadya, yəni Turhan Sultandan olan oğludur.

II SÜLEYMAN (15 Aprel 1642 - 22 İyun 1691)

II Süleyman Osmanlı imperiyasının 20-ci padşahıdır. Anası serb Katrin, yəni Dilasub Xatundur.

II ƏHMƏD (25 Fevral 1643 - 6 Fevral 1695)

II Əhməd 21-ci Osmanlı padşahıdır. Sultan İbrahim Xanın üçüncü oğludur. Anası Polşa yəhudisi Eva, yəni Xədicə Sultandır.

II MUSTAFA (6 Fevral 1664 - 29 Dekabr 1703)

II Mustafa 22-ci Osmanlı padşahıdır. Atası Sultan IV Mehmet,  anası yunan Evemia, yəni Əmətullah Rəbiyə Gülnuş Sultandır.

III ƏHMƏD (30 Dekabr 1673 - 1 İyul 1736)

III Əhməd 23-cü Osmanlı padşahıdır. II Mustafanın qardaşıdır.  Atası Sultan IV Mehmet, anası isə yunan Evemia, yəni Əmətullah Rəbiyə Gülnuş Sultandır.

I MAHMUD (1696 - 15 Noyabr 1730)

I Mahmud 24-cü Osmanlı padşahıdır. II Mustafanın oğlu və III Əhmədin qardaşdır. Anası isə Aleksandra, yəni Salehə Sultandır.

III OSMAN (2 Yanvar 1699 - 30 Oktyabr 1757)

III Osman 25-ci Osmanlı padşahıdır. I Mahmudun qardaşı və II Mustafanın oğuludur. Anası serb Mari, yəni Şehsuvar Sultandır.

III MUSTAFA (28 Yanvar 1717 - 21 Yanvar 1774)

III Mustafa 26-cı Osmanlı padşahıdır. Atası Sultan III Əhməd, anası fransız Janet, yəni Mihrişah Sultandır.

I ƏBDÜLHƏMİD (20 Mart 1725 - 7 Aprel 1789)

I Əbdülhəmid 27-ci Osmanlı padşahıdır. III Əhmədin oğlu və III  Mustafanın qardaşıdır. Anası fransiz Sərmi Sultandır.

III SƏLİM (24 Dekabr 1761 - 28 İyul 1808)

III Səlim 28-ci Osmanlı padşahıdır. Atası III Mustafanın səltənəti dövründə dünyaya gəlib. Anası isveçrəli Agnes, yəni Mihrişah Sultandır.

IV MUSTAFA (8 Sentyabr 1779 - 17 Noyabr 1808)

IV Mustafa Osmanlıya padşahlıq etmiş 29-cu sultandır. Balqabaqçı Mustafa Üsyanı nəticəsində taxtdan endirilən əmisi oğlu Sultan III Səlimin yerinə 29 may 1807-ci iləd taxta çıxıb. Onda 28 yaşında idi. Anası bolqar Sona, yəni Sinəpərvər Sultandır.

II MAHMUD (20 İyul 1785 - 2 İyul 1839)

II Mahmud 30-cu Osmanlı padşahıdır. Anası fransız Riveri, yəni Nəqşidil Sultandır.

I ƏBDÜLMƏCİD (25 Aprel 1823 - 26 İyun 1861)

I Əbdülməcid Osmanlı imperiyasının 31-ci padşahıdır. II Mahmudun Gürcüstan yəhudisi Suzi, yəni Bəzm-i Aləm Sultandan olan oğuludur.

ƏBDÜLƏZİZ (8 Fevral 1830 - 4 İyun 1876)

Əbdüləziz 32-ci Osmanlı padşahıdır. II Mahmudu rumın Besimedən, yəni Pertevniyal Sultandan doğulan oğludur. Əbdülməcidin ögey qardaşıdır.

V MURAD (21 Sentyabr 1840 - 29 Avqust 1904)

V Murad 33-cü Osmanlı padşahıdır. Atası Sultan Əbdülməcid, anası fransız Vilma, yəni Şevkefza Qadın Əfəndidir.

II ƏBDÜLHƏMİD (21 Sentyabr 1842 - 10 Fevral 1918)

II Əbdülhəmid 34-cü Osmanlı padşahı və 98-ci İslam xəlifəsidir. Atası Sultan Əbdülməcid, anası erməni Virj, yəni Tirimüjgan Sultandır.

V MEHMET RƏŞAD (2 Noyabr 1844 - 3 İyul 1918)

V Mehmet Rəşad 35-ci Osmanlı padşahı, 100-cü İslam xəlifəsidir. Sultan Rəşad olaraq da tanınır. O, II Mahmudun nəvəsidir. Atası Sultan Əbdülməcid, anası alban Sufi, yəni Gülcamal Qadın Əfəndidir.

VI MEHMET VƏHDƏTDİN (2 Fevral 1861 - 15 May 1926)

VI Mehmet Vəhdətdin Osmanlı dövlətinin 36-cı və son padşahıdır. Sultan Əbdülməcidin səkkizinci oğuludur. Anası çerkəz Henriet,  yəni Gülistan Sultandır.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər