Modern.az

Valideynlərin məktəb xərcləri: MDB-də ən bahalı ləvazimatlar Azərbaycandadır (SİYAHI)

Valideynlərin məktəb xərcləri: MDB-də ən bahalı ləvazimatlar Azərbaycandadır (SİYAHI)

Ölkə

1 Sentyabr 2011, 12:56

Ən bahalı dəftərxana malları Azərbaycanda, ən ucuz məktəbli geyimləri Gürcüstandadır 

Yeni dərs ili yaxınlaşdıqca uşaqların zəruri məktəbli forması və dəftərxana malları ilə təmin olunması problemi aktuallaşır. Bu gün post sovet ölkələrinin əksəriyyətində yeni dərs ilinə start verilib.
“İqtisadi forum” jurnalı Rusiyanın “Rossiya-24” kanalına istinadən keçmiş SSRİ ölkələrinin məktəb bazarındakı qiymətləri oxucuların diqqətinə çatdırır.

Araşdırmalar göstərir ki, postsovet ölkələri arasında ən bahalı dəftərxana malları Azərbaycandadır. Bizdə bir məktəbli üçün minimal dəst təxminən 47 manata başa gəlir. Halbuki, oxşar dəsti Moldovada 40 manata, Qırğızıstanda 32 manata, Qazaxıstanda 27 manata, Rusiyada isə 19 manata almaq olar. Ən ucuz dəftərxana dəsti Ermənistan və Belorusdadır.
Ermənistan məktəblisi dəftərxana malları üçün ən azı 16 manat ödəməlidir. Dəftər, qələm və karandaşın ən ucuz olduğu ölkə Belorusdur. Belorus məktəblisinin minimal xərci 12 manat təşkil edir. Ümumilikdə götürdükdə Ermənistan və Gürcüstan istisna olmaqla post sovet ölkələrində dəftərxana malları orta hesabla 5-10% bahalaşıb.

MDB ölkələrinin əksəriyyətində vahid məktəbli geyimi tətbiq edilir. Azərbaycan da bu ildən yeni məktəbli geyiminə keçir. Məktəbli geyimlərinin alınması üçün Rusiyalı valideynlər daha çox xərcə düşürlər. Rusiyada məktəbli geyiminin bir dəsti təxminən 110 manata başa gəlir. Qazaxıstanda bunun üçün 82 manat, Azərbaycanda isə 47 manat ödənilməlidir. Ukraynada bu geyimləri 41 manata, Belorusda 39 manata almaq olar. Yaxın qonşularımızda vəziyyət nisbətən yaxşıdır. Ermənistanda şagird geyimi 34 manatadır. Gürcüstanda isə məktəbli geyimləri 2 dəfə az - 16 manat təşkil edir. 

Dərsliklər hər il məktəblilərin baş ağrısına çevrilir. Azərbaycan və Qazaxıstanda dərsliklər pulsuz paylanacaq. Ermənistanda dərslikdən istifadəyə görə ödəniş nəzərdə tutulub. Bir kitabın illik icarə haqqı  təxminən 82 qəpiyə başa gəlir. Moldovada ibtidai siniflər üçün  pulsuz olan dərsliklər yuxarı sinif şagirlərə pulla verilir. Qırgızıstanda kitabdan istifadəyə görə ödəniş haqqı 5 il öncə ləğv edilib. Qırgız şagirdi indi çatışmayan hər dərslik üçün təxminən 3 manat ödəməli olur. Gürcüstanda bir dərslik 4 manata, Rusiyada isə 5,5 manata satılır.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər