Modern.az

Elmar Vəliyev ali təhsildən imtina edən gəncəli tələbələrə xoş xəbər verdi (FOTOLAR)

Elmar Vəliyev ali təhsildən imtina edən gəncəli tələbələrə xoş xəbər verdi (FOTOLAR)

Ölkə

1 Sentyabr 2011, 17:46

Gəncə şəhər rəhbərliyi bu il ən yüksək bal toplayaraq ali məktəblərə daxil olan tələbələrlə görüş keçirib. Görüşdə icra başçısı Elmar Vəliyev təhsil haqqına görə ali məktəblərdən imtina edən abituriyentlərə güzəştlər ediləcəyini bildirib.
Modern.az saytının məlumatına görə, Gəncənin orta məktəblərini bu il bitirən məzunlar indiyə qədər şəhər üzrə ali məktəblərə qəbulda ən yüksək göstəriciyə nail olublar. Bu barədə yüksək bal toplayan tələbələrlə görüşdə bildirilib. Məlumata görə Gəncədən 137 nəfər 500-dən yuxarı, 47 nəfər isə 600-dən yuxarı bal toplayıb.
39 nömrəli orta məktəbin məzunu Nərminə Musayeva isə şəhər üzrə ən yüksək göstəriciyə nail olub – 685 bal. O, Azərbaycan Tibb Unviersitetinə daxil olub və gələcəkdə Gəncənin səhiyyəsinə öz töhvəsini verə biləcək həkim olmaq istədiyini qeyd edib.

Tədbirdə çıxış edən Gəncə şəhər Təhsil İdarəsinin rəisi Mahal Əliyev Gəncədən ali məktəblərə qəbul imtahanında iştirak etmiş 1992 abituriyentdən 787 nəfərin tələbə adını qazandığını söyləyib.  

Görüşdə həmçinin  Gəncə Regional Elm Mərkəzinin, ali və orta məktəblərin rəhbərləri çıxış edərək tələbələrin bu uğurunun Azərbaycan xüsusilə Gəncə üçün çox böyük əhəmiyyət daşıdığını qeyd ediblər.
Tələbələrin valideynləri isə çıxışlarında övladlarına göstərilən diqqətə görə şəhər rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Həmçinin bu il Gəncə üzrə ali hərbi məktəbə sənəd verən 103 nəfərdən 84 nəfəri tələbə adını qazana bilib.

Gəncə şəhər icra haklimiyyətinin başçısı Elmar Vəliyev isə çıxışında ali məktəblərə daxil olan, lakin ödənişli əsaslarla oxumağın  çətinliyindən təhsildən imtina edən abituriyentlərin təhsil haqqının ödənilməsində köməklik ediləcəyinə söz verib.
Sonda Gəncə üzrə 600-dən yuxarı bal toplayan 47 tələbəyə müxtəlif hədiyyələr təqdim edilib. 




Xaliq Qurbanov
Gəncə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər