Modern.az

Şeyxülislam “Xoşməramlı səfir” tituluna layiq görüldü

Şeyxülislam “Xoşməramlı səfir” tituluna layiq görüldü

Ölkə

1 Sentyabr 2011, 18:35

İnsan Haqlarının Müdafiəsi Beynəlxalq Komitəsi Allahşükür Paşazadəni Qızıl Medalla təltif edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə daha bir nüfuzlu beynəlxalq mükafata layiq görülüb. QMİ-nin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, mənzil qərargahı Parisdə yerləşən Fransanın İnsan Haqlarının Müdafiəsi Beynəlxalq Komitəsi Şeyxülislam həzrətlərini Qızıl Medalla təltif edib və ona “Xoşməramlı səfir” titulu verib.
Bu barədə beynəlxalq təşkilatın prezidenti C. Salvatonun Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə göndərdiyi məktubda məlumat verilib.

Prezidentin imzaladığı məktubda bildirilir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri nüfuzlu təşkilatın təsis etdiyi Qızıl Medala və “Xoş məramlı səfir” tituluna dövlət və cəmiyyət qarşısındakı xidmətlərinə, müsəlmanların dünyaya inteqrasiyasındakı roluna, Qafqazda sülhün, əmin-amanlığın bərpasında, dinlərarası münasibətlərin möhkəmləndirilməsində, tolerantlıq mühitinin formalaşmasında çoxillik fəaliyyətinə görə layiq görülüb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər