Alimlərən biri o birindən plagiatlıq edib
Azərbaycanda elm sahəsində növbəti plagiatlıq faktı qeydə alınıb. Milli Elmlər Akedemiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun bir əməkdaşı başqa bir əməkdaşdan şikayət edib. Müəllif Hüquqları Agentliyinə şikayətdə alimlərdən biri o birini onun əsərini oğurlayıb öz adı ilə çap etdirməkdə ittiham edib. Şikayəti araşdıran Müəllif Hüquqları Agentliyi Arxeologiya və Etnoqrafiya İnstitutunda elmi oğurluq faktı təsdiqləyib.
2011-ci ilin əvvəlindən indiyə kimi Müəllif Hüquqları Agentliyinin “qaynar xətt”inə 550-dən çox müraciət daxil olub. Bu, keçən illə müqayisədə170 müraciət çoxdur. Məlumatı Modern.az saytına Müəllif Hüquqları Agentliyinin şöbə müdiri Xudayat Həsənli verib. Onun sözlərinə agentliyin “qaynar xətti”nə ötən il ümumilikdə 700 müraciət daxil olmuşdu.
X.Həsənlinin sözlərinə görə, daxil olan müraciətlərdən agentliyin səlahiyyətləri çərcivəsində olanlar araşdırılaraq həll olunur. Agentlik digər şikayətlərlə də bağlı aidiyyatı qurumlara müraciət edir və məsələ qanunauyğun olduğu halda, həlli üçün müvafiq tətbirlər görülür.
“Keçən il məhkəmələrdə agentliyin mütəxəsisləri ekspert qismində iştirak ediblər, məhkəmə orqanlarının və yaxud digər dövlət orqanlarının sorğuları əsasında 12 ekspert rəyi hazırlanıb”.
Müəllif Hüquqları Agentliyində bu il müxtəlif sahələri əhatə edən 400 yaxın əsər qeydiyyatdan keçib. Xudayat Həsənlinin sözlərinə görə, 200 nəfərə yaxın müəlif isə qeydiyyatdan keçmək üçün agentliyə müraciət edib.
“Bu əsərlər müxtəlif sahələri əhatə edir. Həm ədəbi əsərləri, həm musiqi əsərləri, həm də kompüter proqramları var”.
X.Həsənli agentliyə plagiatlıqla bağlı daxil olan 2 müraciətin araşdırıldığını qeyd edib. “Hazırda 2 müraciər araşdırılır, bunlardan biri ali məktəb dərsliyi, digəri isə elmi əsərlə bağlı müraciətdir”.
Şöbə müdiri plagiatla bağlı bir müraciətin araşdırılaraq sona çatdığını və müraciətin əsaslı olduğunu söyləyib.
“Milli Elmlər Akedemiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun bir əməkdaşı başqa bir əməkdaşdan şikayət etmişdi. Bildirmişdi ki, həmkarı onun əsərindən mənbə və müəllifi göstərmədən istifadə edərək yeni əsər yazıb. Yəni həmin şəxs əvvəllər başqa müəllifin adı ilə çap olunmuş əsərdən müəllifin adını çıxararaq öz adı ilə çap edib. Biz araşdırdıq, həqiqətən də bu fakt öz təsdiqini tapdı. Bununla bağlı da agentlik tərəffindən müfaviq tədbir görülüb”-deyə X.Həsənli bildirib.
X.Həsənlu Arxeologiya və Etnoqrafiya İnstitutunun plagiatlıq edən əməkdaşının adını açıqlamayıb.
Qeyd edək ki, bu, Azərbaycan elmində baş verən ilk belə hadisə deyil. Bundan öncə də alimlərimizin "elmi oğurluq"la məşğul olmalarına dair faktlar qeydə alınıb. Ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Milli Aviasiya Akademiyasının nəzdində alimlik dərəcəsi almaq üçün yaradılmış N.06.011 Dissertasiya Şurasında aparılmış araşdırmalar və təhlillər nəticəsində şuraya daxil olmuş dissertasiyaların bir qismində plagiatlıq faktları aşkar edilmişdi. Məlum olmuşdu ki, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda yerinə yetirilmiş və hüquq üzrə müdafiə üçün təqdim olunmuş altı dissertasiya işində plagiatlıq faktları var.
Dissertasiya işlərinin ilkin ekspertizası zamanı aparılmış araşdırmalar, aşkar olunmuş faktlar və təhlillər nəticəsində müəyyən olunmuşdu ki, müdafiə üçün təqdim olunmuş dissertasiya işlərinin çox hissəsi Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin, xüsusilə Rusiya Federasiyası alimlərinin dissertasiya işlərindən və əsərlərindən eynilə tərcümə olunaraq köçürülüb və ya iddiaçı tərəfindən rus dilində hazırlanmış dissertasiya işləri isə Rusiya Federasiyasında müdafiə olunmuş dissertasiyalardan birbaşa köçürülərək hazırlanıb və Şuraya müdafiə üçün təqdim olunub.
Sədaqət Süleymanova