Modern.az

Müəllimlərin və həkimlərin maaşı artırılacaq

Müəllimlərin və həkimlərin maaşı artırılacaq

6 Sentyabr 2011, 12:56

Prezident İlham Əliyevin bu ilin aprelində imzaladığı sərəncama müvafiq olaraq dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması başa çatdırılıb.
Nazirlər Kabinetindən Modern.az saytına verilən məlumata görə, təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsi yaxın günlərdə Prezidentə təqdim ediləcək.

Nazirlər Kabinetindən onu da bildiblər ki, sözügedən sənəd təsdiqlənəndən sonra müəlimlərin və həkimlərin maaşları da artırılacaq. Hazırda Maliyyə Nazirliyi məvaciblərin artırılması ilə bağlı imkanları araşdırır.  

Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə sərəncamı bu il aprelin 20-də imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 

"Müəyyən edilsin ki, bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş işin dövlət qulluğunun xüsusi növünə aid edilməsi, təhsil və səhiyyə müəssisələrinin növü və xüsusiyyətləri nəzərə alınmaqla, mərhələlərlə həyata keçirilir"-deyə sərəncamda qeyd edilib.

Modern.az 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər