Modern.az

Ramil Səfərov barəsində yaradılan sayt 5 dildə fəaliyyətə başladı

Ramil Səfərov barəsində yaradılan sayt 5 dildə fəaliyyətə başladı

8 Sentyabr 2011, 18:10

Macarıstan paytaxtı Budapeştdə ömürlük həbsdə olan Azərbaycan Ordusunun zabiti Ramil Səfərovla bağlı 2007-ci ilin avqustda yaradılan www.ramilsafarov.info saytı fəaliyyətini bərpa edib. Bu barədə Modern.az-a adı çəkilən internet resursun rəhbərliyi tərəfindən məlumat verilib. Bildirilib ki, bu vaxtadək erməni hakerlər tərəfindən dəfələrlə hücuma məruz qalan və bir neçə dəfə fəaliyyəti dayanan www.ramilsafarov.info saytı artıq yeniliklərlə fəaliyyətini davam etdirir.

Belə ki, www.ramilsafarov.info ünvanında fəaliyyət göstərən saytı sentyabr ayının 8-dən etibarən tam yeni dizaynda və əlavə iki dildə fəaliyyətə başlayıb. Beləliklə, 4 il öncə iki dildə (Azərbaycan türkcəsi və ingilis) fəaliyyətə başlayan sayt bundan sonra Azərbaycan həqiqətlərini, bir əsrdə millətimizə qarşı törədilmiş üç soyqırımı (1915, 1918, 1992) haqda detallı məlumatları, dünyanın müxtəlif yerlərində (eləcə də Macarıstanda) ermənilər tərəfindən həyata keçirilmiş terror aktlarını və Macarıstan həbsxanasında ömürlük cəza çəkməyə məhkum edilmiş Ramil Səfərov haqda bilgiləri beş dildə (Azərbaycan türkcəsi, İngilis, Macar, Alman, Bolqar) olmaqla öz istifadəçiləriylə bölüşəcək. Qeyd edək ki, sayt Macar dilinə iki gənc macar, alman və bolqar dillərinə isə Avropada yaşayan gənc azərbaycanlılar tərəfindən könüllü olaraq tərcümə edilib. Sayta ramilsafarov.net və ramilsafarov.com domenləri vasitəsilə də daxil olmaq mümkündür.

Ramil Sahib oğlu Səfərov 26 avqust 1977-ci ildə Azərbaycanın Cəbrayıl rayonunda anadan olub. Hələ körpə olanda erməni vəhşiliklərini öz gözləri ilə görən Ramildə onlara qarşı əbədi nifrəti yaranıb. Düşmənə sonsuz nifrəti, Vətənə dərin məhəbbəti Ramili hərbi məkrəbdə təhsil almağa istiqamətləndirib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə daxil olub, sonra isə təhsilini Türkiyədə davam etdirib.
Ramil Səfərov 2004-cü il yanvarın əvvəlində Macarıstanın paytaxtı Budapeştə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kursa göndərilmişdi. O, həmin il fevralın 19-da eyni kursda təlim keçən erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını  təhqir elədiyinə görə öldürdüyündən ömürlük həbs cəzası alıb.          
Ramil həbsxanada macar dilini öyrənib, macar dilindən Azərbaycan dilinə əsər tərcümə edib. Tanınmış macar yazıçı Maqda Sabonun "Qapı" romanı macarcadan Azərbaycan dilinə tərcümə olunmuş ilk kitabdır. R.Səfərov kitabı 2009-cu ilin oktyabrında dünyasını dəyişmiş anası Nübar xanımın xatirəsinə ithaf edib.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər