Modern.az

Hesablama Palatası bir neçə dövlət orqanında yoxlama aparacaq

Hesablama Palatası bir neçə dövlət orqanında yoxlama aparacaq

10 Sentyabr 2011, 12:41

Hesablama Palatasının Kollegiya iclası keçirilib. Palatanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasda Meliorasiya və Su Təsərrüfatı ASC-nin Göyçay Suvarma Sistemləri İdarəsinə və İsmayıllı Suvarma Sistemləri İdarəsinə dövlət büdcəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsi üzrə “Meliorasiya tədbirləri” paraqrafından ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsi vəziyyətinə və Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsinin gəlir və xərclərinin icrasına dair audit tədbirlərinin nəticələri üzrə Rəy və Hesabatlar müzakirə edilərək təsdiq olunub. Kollegiya iclasının qərarları barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb.

İclasda, həmçinin, Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin gəlir və xərclərinin icrasına və dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsinin “Meşə təsərrüfatı” köməkçi bölməsi üzrə Naxçıvan MR büdcəsindən Naxçıvan MR  Meşəsalma idarəsinin saxlanılmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair Audit proqramları təsdiq edilib. Bundan başqa dövlət büdcəsindən Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin aparatlarının, Gəncə, Sumqayıt, Şirvan və Şəki Apellyasiya Məhkəmələrinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə dair ekspert-analitik təhlillərin proqramları qəbul edilib.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər