Tərtər rayon Polis Şöbəsinin əməkdaşları sentyabrın 12-dən 13-ə keçən gecə “N” saylı hərbi hissədən qaçan iki əsgəri sentyabrın 13-də axşam saatlarında Tərtər rayonun ərazisində saxlayıblar.
Modern.az saytının məlumatına görə, fərari hərbçilər artıq hərbi prokurorluğa təhvil veriliblər.
Qeyd edək ki, hərbi hissəni özbaşına tərk edənlər 20 yaşlı əsgərlərdir - Vüsal Əlizadə və Hüseyn Ramazanov.
V.Əlizadə Şəmkir, H.Ramazanov isə Bakının Xətai Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıblar.