Modern.az

“Ordubad” deyəndə ilk yada düşən nə olur..? (Tanınmışların cavabı)

“Ordubad” deyəndə ilk yada düşən nə olur..? (Tanınmışların cavabı)

14 Sentyabr 2011, 11:41


Qədim tarixə, mədəniyyətə və adət-ənənələrə malik olan Azərbaycanın rayonları, bu rayonların sakinləri müxtəlif xüsusiyyətlərilə biri-birindən fərqlənir. Rayonlarımız ayrı-ayrılıqda nəyiləsə də tanınırlar.

Modern.az saytı “Rayonlarımız nəyi ilə tanınır” sualı ilə cəmiyyətimizin müxtəlif sahələrinin nümayəndələrinə müraciət edir. Yəni filan rayonun adı çəkiləndə ilk yada düşən nə olur..?

Bu dəfə də Ordubad rayonun nə ilə tanındığını öyrənməyə çalışdıq.

“Ordubadda heç vaxt olmamışam”

Azərbaycan Sosial Rifah Partiyasının (SRP) sədri, millət vəkili  Xanhüseyn Kazımlı Naxcıvanda dəfələrlə olduğunu, amma Ordubad şəhərində olmadığını bildirdi: “Ordubadda heç vaxt olmamışam, görmədiyim bir yer haqqında heç nə deyə bilmərəm”.

“Dostlarım yadıma düşür”

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun sözlərinə görə, bu rayonun adı çəkiləndə yaxın dostu yadına düşür: “Ordubadda heç vaxt olmamışam. Amma tanıdığım dostlarım, iş yoldaşlarım var. Elə bu rayonun adı çəkiləndə yaxın dostumu xatırlayıram”.

Bu rayonun insanlarını fərqləndirən hər hansı bir xüsusiyyətin olub-olmamasına gəlincə, M.Əmirov bildirdi ki, ordubadlılar səmimi adamlardılar.

“Əbülfəz Elçibəyi xatırlayıram”

Sosial İnformasiya Agentliyinin rəhbəri Taleh Şahsuvarlı bildirdi ki, “Ordubad” deyəndə mərhum siyasi lider Əbulfəz Elçibəy yadına düşür. Bundan əlavə, Elçibəyin kəndi Kələkiyə səfərini xatırlayan T.Şahsuvarlı qeyd etdi ki, bu rayonun insanları olduqca səmimidirlər: “Hesab edirəm ki, bu rayonun insanları olduqca səmimi, qonaqpərvər insanlardırlar. Onlardan çox razıyam”.

“İnsanları saf və dürüst olurlar”

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov bu rayonun adı çəkiləndə ilk olaraq Əbülfəz Elçibəyin kəndini - Kələkini xatırladığını söylədi.

Ordubad rayonun insanlarının digər rayonların insanlardan fərqlənib-fərqlənməməsinə gəlincə, S.Şərifof bildirdi ki, saflıq və dürüstlük buranın insanlarını fərqləndirən əsas xüsusiyyətdir: “Haranın ki, təbiəti saf və təmizdir, oranın insanları da belə olur. Təbii ki, Ordubaddan çox sayda tanınmış insanlar da çıxıb”.

Sədaqət SÜLEYMANOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər