Modern.az

Universitet prorektorunun qətlə yetirilməsi barədə rəsmi məlumat yayılıb

Universitet prorektorunun qətlə yetirilməsi barədə rəsmi məlumat yayılıb

17 Sentyabr 2011, 18:26

Sentyabrın 16-da Yasamal rayonu ərazisində yaşayan Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun qətlə yetirilməsinə dair rəsmi məlumat yayılıb. Daxili İşlər Nazirliyi bəyan edib ki, prorektorun küt alətlə qətlə yetirilmiş meyiti tapılıb. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Yasamal RPİ tərəfindən aparılır.

Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis idarəsi də Tariyel Əhmədovun ölümü ilə bağlı birgə məlumat yayıb. Məlumatda deyilir ki, prorektorun meyiti sentyabrın 16-sı səhər saat 8 radələrində Yasamal rayonu, Şərifzadə küçəsi, 8-də yerləşən yaşayış binasının qarşısındakı idman meydançasında aşkar edilib. Mərhumun başının arxa təpə nahiyəsində beyin sümüklərinin qəlpəli sınığı xəsarətləri olub.

Bakı şəhər Prokurorluğu, Yasamal rayon Prokurorluğu, Bakı Şəhər Baş Polis İdarəsi,  Yasamal rayon Polis İdarəsi əməkdaşlarının, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri təxirəsalınmaz istintaq-əməliyyat hərəkətləri aparılıb.

Hadisə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) üzrə araşdırılır. Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarından ibarət birgə istintaq qrupu yaradılıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər