Modern.az

Direktorlar ibtidai sinif müəllimlərinin dərs saatlarını əllərindən alırlar

Direktorlar ibtidai sinif müəllimlərinin dərs saatlarını əllərindən alırlar

19 Sentyabr 2011, 15:38


Yeni dərs ilinin başlanması ilə yeni problemlər də ortaya çıxıb. Bakıdakı bəzi ümumtəhsil məktəblərində ibtidai siniflərə dərs deyən müəllimlərin dərs  saatları əllərindən alınır. Adlarının çəkilməsindən ehtiyatlanan müəllimlərdən Modern.az-a daxil olan məlumata görə, məktəb direktorları ibtidai sinif müəllimlərindən dərs saatlarını alır və başqa müəllimlərə verirlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil sektorunun müdiri Firudin Həmzəyev Modern.az-a açıqlamasında bunun qanunsuz və tamamilə səhv olduğunu bildirib. O qeyd edib ki, ibtidai siniflərdə dərsləri bir müəllim keçməlidir, onun saatları başqasına verilə bilməz.

“İbtidai sinif müəllimlərindən dərslərin alınıb başqa müəllimlərə verilməsi tamamilə səhvdir. Ümumiyyətlə, informatika və xarici dildən başqa ibtidai siniflərdə deyilən bütün dərslər ibtidai sinif müəlliməsinə verilməlidir. Qanunla bütün dərsləri o müəllimlər deməlidir. Əvvəllər belə idi ki, nəğmə, rəsm kimi dərslər ayrıca keçirilirdi və başqa müəlliməyə verilirdi. Bu qanunauyğun deyildi, indi isə biz bunu düzəldirik və bildiririk ki, bütün dərsləri eyni müəllim keçməlidir” deyə sektor müdiri əlavə edib.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər