Bu il 100 yaşını qeyd edən Müsavat Partiyasının 8-ci qurultayına hazırlıq prosesi davam edir. Partiya Məclisinin sədri Arzu Səmədbəyli Modern.az-a bildirib ki, qurultayın daha möhtəşəm və geniş yerdə keçirilməsi istəyindədirlər. Bunun üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunub. A.Səmədbəylinin sözlərinə görə, meriyaya ünvanlanan müraciətdə qurultayın keçirilməsi üçün konkret məkan istənilməyib. O, hələki meriyadan bir cavab almadıqlarını deyib.
Müsavatın bu ilin sonunadək keçirməyə hazırlaşdığı qurultayında partiyanın yeni başqanın seçiləcəyi gözlənilir. Bu posta ən real namizəd isə hazırda həbsdə olan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılıdır.
Modern.az