İtaliyanın Monza şəhərində voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsi keçirilir. Modern.az xəbər verir ki, Azərbaycan milli komandası ötən gecə Xorvatiya yığmasını 3:1 hesabı ilə məğlub edərək yarışmanın növbəti mərhələsinə çıxıb. Bu oyunda voleybolçularımızı yalnız 3:0 və ya 3:1 hesablı qələbə təmin edirdi. Azərbaycanlı qızlar bu məsuliyyətin altından üzüağ çıxmağı bacarıblar.
Voleybolçularımız öncəki iki görüşdə İtaliya və Türkiyə yığmasına eyni hesabla (1:3) məğlub olmuşdular.